- ANA SƏHİFƏ
- Elanlar
- Energetika Nazirliyi müsabiqə üzrə müsahibə elan edib
Energetika Nazirliyi müsabiqə üzrə müsahibə elan edib
Energetika Nazirliyi Dövlət qulluğu və kadrlar şöbəsinin Dövlət qulluğu sektorunun aparıcı məsləhətçisi və Hüquq şöbəsinin məsləhətçisi inzibati vakant dövlət qulluğu vəzifələrinə qəbul üçün müsabiqə üzrə müsahibə elan edib.
Vakant vəzifələr üzrə sənəd qəbulu 6 sentyabr 2022-ci il tarixindən 5 oktyabr 2022-ci il saat 18:00-dək davam edəcək.
Müsabiqənin müsahibə mərhələsində dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər, dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər iştirak edə bilərlər.
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
- elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
Təqdim olunan vakant vəzifələr üzrə vəzifə təlimatları və müsahibə proqramları Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilib. Namizədlər vakant vəzifələrlə daha ətraflı aşağıdakı linklərə daxil olaraq tanış ola bilərlər:
https://exidmet.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=503