Azərbaycan Respublikasının Energetika Nazirliyi inzibati vəzifələrin 5-ci və 6-cı təsnifatına uyğun olan vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı 3 vakant yerə qəbul üçün müsabiqə üzrə müsahibə elan edib.

Vakant vəzifələr üzrə sənəd qəbulu 2021-ci il 27 dekabr tarixindən 2022-ci il 25 yanvar tarixinədək davam edəcək. Sənəd qəbulu yalnız Dövlət İmtahan Mərkəzinin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir.

Təqdim olunan vakant vəzifələr üzrə vəzifə təlimatları və müsahibə proqramları Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilib.

Namizədlər vakant vəzifələrlə daha ətraflı aşağıdakı linkə daxil olaraq tanış ola bilərlər:

https://exidmet.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=482