Elektron satınalma vasitəsilə açıq tenderdə iştirak etmək üçün DƏVƏT

Azərbaycan Respublikası Energetika Nazirliyi kartriclərin satın alınmasına dair açıq tender elan edir

Satınalan təşkilatın adı: AZƏRBAYCAN RESPUBLİKASININ ENERGETİKA NAZİRLİYİ

Satınalan təşkilatın VÖEN-i: 1300087531

Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Ü. Hacıbəyli 84, Hökumət Evi, qapı 5, AZ1000

Satınalma predmeti: Kartriclərin satın alınması

Müsabiqənin adı: Kartriclərin satın alınması (Malların siyahısı)

Müsabiqənin başlanma tarixi və vaxtı:

01.02.2022 18:00

Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı:

22.02.2022 15:00

Təkliflərin son təqdim olunma tarixi və vaxtı:

02.03.2022 18:00

Zərflərin açılması tarixi və vaxtı:

03.03.2022 15:00

İştirak haqqı: 100 manat

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə” düyməsini sıxaraq aidiyyəti keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz:

ÇATDIRILMA YERİ

Bakı şəhəri, Ü. Hacıbəyli 84, Hökumət Evi, qapı 5, AZ1000

ÇATDIRILMA MÜDDƏTİ

31.12.2022-ci il tarixinədək

ÖDƏNİŞ ŞƏRTLƏRİ

Tenderin əsas şərtlər toplusuna əsasən

Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN

Tender təklifi

Qiymət təklifi: MEYARIN NİSBİ QİYMƏTİ 80

Tender təklifinin qiymətinin təsviri

Təklif tam və aydın formada Azərbaycan manatı ilə, bütün xərclər və vergilər daxil göstərilməlidir.

Tender təklifinin qüvvədə olma müddəti

Zərflərin açıldığı gündən sonra 30 bank günü təşkil etməlidir.

Tender təklifinin təminatının məbləği

Təklifin ümumi qiymətinin 1 faizi məbləğində tələb edilir.

Tender təklifinin təminatının qüvvədə olma müddəti

Tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır

Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı

Tələb olunmur

Texniki təklif: MEYARIN NİSBİ QİYMƏTİ 20

Təklif olunan malların çatdırılması müddətlərinə görə

Tenderin əsas şərtlər toplusuna əsasən

     

 Təşkilati və hüquqi sənədlər:

Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış

Son bir ildəki fəaliyyəti haqqında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən ödənilməsi vaxtı keçmiş borcunun olub-olmamasına dair rəsmi arayış.

Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti

Son bir ildəki fəaliyyəti haqqına vergi orqanına təqdim edilmiş mənfəət (gəlir) vergisinin bəyannaməsinin surətinin təqdim olunması tələb olunur.

Maliyyə vəziyyəti haqqında bank arayışı

İddiaçının son bir ildəki fəaliyyəti haqqında bank arayışı. Sənədin əslinin skan olunaraq PDF formatında Portal vasitəsilə təqdim olunması tələb olunur.

Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması

Son bir ildəki fəaliyyəti haqqında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən ödənilməsi vaxtı keçmiş borcunun olub-olmaması dair rəsmi arayış.

Nizamnamə

Surəti notarial qaydada təsdiq olununmalıdır. Təsdiqedici sənədin PDF formatında Portalda yerləşdirilməsi zəruridir.

Qeydiyyatdan keçdiyi ölkə

Malgöndərənin (podratçının) kommersiya qurumunun dövlət reyestrindən çıxarışının surətinin təqdim edilməsi. Notarial qaydada təsdiq olunmalıdır. Təsdiqedici sənədin PDF formatında Portalda yerləşdirilməsi zəruridir.

Rekvizitlər

Bank rekvizitləri təqdim olunmalıdır. PDF formatında Portalda yerləşdirilməsi zəruridir.

Mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olmasına dair məlumat

Statistika Komitəsindən alınmalıdır. Cari tarixə qüvvədə olan arayışın orijinalı skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir.

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)

Leyla Adıgözəlbəyova

Aparıcı məsləhətçi

leyla.adigozelbeyova@minenergy.gov.az

598-16-53 (1034)