Satınalan təşkilatın adı:

AZƏRBAYCAN RESPUBLİKASININ ENERGETİKA NAZİRLİYİ

Satınalan təşkilatın VÖEN-i:

1300087531

 

Satınalan təşkilatın ünvanı:

Bakı şəhəri, Ü. Hacıbəyli 84, Hökumət Evi, qapı 5, AZ1000

Müsabiqənin adı:

“Elektrik və istilik enerjisinin istehsalı və təchizatı sektorlarında diaqnostikanın aparılması və təkliflərin verilməsi” üçün məsləhətçi şirkətin cəlb edilməsi

 

Müsabiqənin nömrəsi:

89225

Təsnifat kodu:

83101900 Enerjiyə qənaət

Ehtimal olunan qiymət:

1.871.363,15 AZN

Müsabiqənin dərc edilmə tarixi və vaxtı:

15.07.2024-cü il saat 16:00

Təkliflərin son təqdim olunma tarixi və vaxtı:

13.08.2024-cü il saat 16:00

Zərflərin açılış tarixi və vaxtı:

13.08.2024-cü il saat 16:00

 

Sıra №

Xidmətin adı

Ətraflı təsvir

Həcmi/ Miqdarı

Ölçü vahidi

1.

İlkin iclas (sinxron tərcümə ilə)

1.    Layihə qrupunun təqdimatı

2.    Elektrik və istilik sistemləri üçün ayrı-ayrı yolları vurğulayan layihənin icra planının təqdimatı

3.    Elektrik və istilik enerjisi infrastrukturuna sahə səfərləri üçün tərtib edilmiş sorğu anketlərinin təqdim edilməsi

4.    Elektrik və istilik enerjisi infrastrukturu vəzifələrini fərqləndirən layihə mərhələlərinin təyin edilməsi

5.    Elektrik və istilik enerjisi infrastrukturu üçün ayrı-ayrı qrafiklər əsasında sahə səfərlərinin planlaşdırılması

1

ədəd

2

Sorğu anketləri üzrə məlumatların toplanması

Əməliyyat məlumatlarını, sistem spesifikasiyalarını və enerjidən istifadə göstəricilərini toplamaq üçün elektrik və istilik infrastrukturları üçün ayrılıqda hazırlanmış sorğu anketlərinə uyğun olaraq ilkin məlumatların toplanması.

1

ədəd

3

Elektrik sistemləri üçün ətraflı təhlil hesabatı

BOE-nin inteqrasiyasının qiymətləndirilməsi, sistem itkilərinin təhlili və əməliyyat səmərəsizliyi də daxil olmaqla, səmərəsizliyi, potensial enerji qənaətini və təkmilləşdirilməli sahələri müəyyən etmək üçün elektrik sistemlərinin hərtərəfli təhlilinin aparılması.

1

ədəd

4

İstilik sistemləri üçün ətraflı təhlil hesabatı

İstilik itkisi, izolyasiyanın effektivliyi və sistem inteqrasiyası imkanlarına diqqət yetirərək, səmərəsizliyi, enerjiyə qənaət potensialını və təkmilləşdirməyə və ya modifikasiyaya ehtiyacı olan sahələri müəyyən etmək üçün istilik sistemlərinin ətraflı təhlilinin aparılması.

1

ədəd

5

İnfrastrukturun kompleks planlaşdırılması üçün tövsiyələr

Infrastrukturun planlaşdırılmasının cari vəziyyətinin nəzərdən keçirilməsi və Azərbaycanın yaşıl enerjinin inteqrasiyası və daha çox enerji ixracı istiqamətində səyləri fonunda yuxarıda qeyd olunan məqsədlərə uyğun olaraq sistemin səmərəliliyini artıracaq qabaqcıl təcrübəyə (o cümlədən, Aİ tələblərinə) uyğun imkanların (sektorlar: elektrik, istilik, təbii qaz) müəyyən edilməsi

1

ədəd

6

Hüquqi və tənzimləyici maneələr

Enerji səmərəliliyinin təkmilləşdirilməsinə mane ola biləcək siyasət boşluqlarının və ya tənzimləyici maneələrin müəyyən edilməsi və enerji səmərəliliyi məqsədlərini asanlaşdırmaq üçün həyata keçirilə bilən siyasət dəyişikliklərinin və ya yeni qaydaların təsviri

1

ədəd

7

Elektroenergetika infrastrukturunun diaqnostikası (enerji auditi) üçün sahə səfərləri

Sorğu anketlərdən əldə edilən məlumatların yoxlanılması, əməliyyatların müşahidə edilməsi və səmərəsizliyin müəyyən edilməsi üçün seçilmiş elektroenergetika infrastrukturu obyektlərinin fiziki təftişlərinin aparılması

1

ədəd

8

İstilik infrastrukturu üçün əraziyə səfərlər

Sorğu anketlərindəki məlumatların təsdiqi, əməliyyatların birbaşa müşahidəsi və səmərəsizliyin müəyyən edilməsi üçün seçilmiş istilik enerjisi infrastrukturu obyektlərində yoxlamaların aparılması

1

ədəd

9

Elektrik qurğularında enerji səmərəliliyi üçün tövsiyələr

Təklif olunan tədbirlərin ətraflı qiymətləndirmələri və fayda-xərc təhlilləri daxil olmaqla, elektrik infrastrukturu daxilində enerji səmərəliliyinin artırılması üçün həyata keçirilməsi mümkün olan tədbirlər üzrə tövsiyələr toplusunun formalaşdırılması

1

ədəd

10

İstilik qurğularında enerji səmərəliliyi üçün tövsiyələr

Təklif olunan tədbirlərin ətraflı qiymətləndirmələri, xərc-fayda təhlilləri daxil olmaqla istilik infrastrukturunda enerji effektivliyi tədbirləri üzrə tövsiyələrin hazırlanması

1

ədəd

11

Elektrik enerjisi sistemləri üzrə tapıntılar və tövsiyələri əks etdirən təqdimat

Elektrik infrastrukturu ilə bağlı tapıntıları və tövsiyələri maraqlı tərəflərə effektiv şəkildə çatdırmaq üçün təqdimat materiallarının hazırlanması (enerjiyə qənaət və səmərəliliyin əldə olunmasını göstərmək üçün əyani vəsaitlər və məlumatların vizuallaşdırılması) və maraqlı tərəflərə təqdimatı

1

ədəd

12

İstilik sistemləri üzrə tapıntılar və tövsiyələri əks etdirən təqdimat

Layihənin nəticələrini və istilik infrastrukturu ilə bağlı təklifləri əsas maraqlı tərəflərə çatdırmaq üçün məlumatlandırıcı təqdimat materiallarının hazırlanması və maraqlı tərəflərə təqdimatı (potensial təkmilləşdirmələrin və enerji səmərəliliyinin artırılmasının üçün diaqramlardan, qrafiklərdən və vizualizasiyalardan istifadə etməklə).

1

ədəd

 

Müsabiqədə iştirak haqqı: 600,00 AZN

Təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.

İstifadə haqqı: 25 AZN

Təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.

Təchizatçılarla vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (ləri)

Leyla Adıgözəlbəyova

 

Aparıcı Məsləhətçi

leyla.adigozelbeyova@minenergy.gov.az

     598-16-53 (1034)

İcra ünvanı

Bakı şəhəri, Ü. Hacıbəyli 84, Hökumət Evi, qapı 5, AZ1000

İcra müddəti

10 (on) ay

ÇATDIRILMA ŞƏRTLƏRİ

DDP

ÖDƏNİŞ ŞƏRTLƏRİ

Əsas şərtlər toplusuna əsasən

Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN