- ANA SƏHİFƏ
- Elanlar
- Energetika Nazirliyi daxili müsahibə elan edib
Energetika Nazirliyi daxili müsahibə elan edib
Azərbaycan Respublikasının Energetika Nazirliyi tabeliyində olan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı 29 aprel tarixində daxili müsahibə elan edib.
Daxili müsahibədə vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar Energetika Nazirliyində ehtiyat kadr kimi saxlanılan şəxslər, 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun olan vəzifələrə, habelə mərkəzi icra hakimiyyəti orqanlarında şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi vəzifələrinə iddia edən şəxslər iştirak edə bilərlər.
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 18 may 2022-ci il tarixi saat 18:00-dək Dövlət İmtahan Mərkəzinin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Elan üzrə sənəd qəbulu yalnız Dövlət İmtahan Mərkəzinin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir. Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
ali təhsil haqqında sənədin surəti;
əmək kitabçasının surəti.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Namizədlər daxili müsahibə ilə bağlı ətraflı məlumatı Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən əldə edə bilərlər:
https://exidmet.dim.gov.az/dqq/Elan/DxMshMshElanList?ElanID=495