Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Maliyyə və təminat şöbəsinin müdir müavini vəzifəsinin tutulması üçün daxili müsahibə elan edilib.

Vakant vəzifə üzrə sənəd qəbulu 18 yanvar 2022-ci il tarixinədək davam edəcək. Sənəd qəbulu yalnız Dövlət İmtahan Mərkəzinin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir.

Təqdim olunan vakant vəzifə üzrə vəzifə təlimatı və müsahibə proqramı Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilib. Namizədlər vakant vəzifə ilə daha ətraflı aşağıdakı linkə daxil olaraq tanış ola bilərlər:

https://exidmet.dim.gov.az/dqq/Elan/DxMshMshElanList?ElanID=483