- ANA SƏHİFƏ
- Elanlar
- Energetika Nazirliyi daxili müsahibə elan edib
Energetika Nazirliyi daxili müsahibə elan edib
Azərbaycan Respublikasının Energetika Nazirliyi Təminat şöbəsinin müdir müavini, Daxili nəzarət şöbəsinin İcra intizamına nəzarət sektorunun baş məsləhətçisi-kollegiyanın məsul katibi, Ümumi şöbənin Vətəndaşların qəbulu işinin təşkili sektorunun böyük məsləhətçisi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Bərpa olunan enerji mənbələri ərazilərinin inkişafı şöbəsinin müdiri və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Maliyyə şöbəsinin müdir müavini vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı 3 sentyabr tarixində daxili müsahibə elan edib.
Daxili müsahibədə vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar Energetika Nazirliyində ehtiyat kadr kimi saxlanılan şəxslər, 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun olan vəzifələrə, habelə habelə 2-ci kateqoriya dövlət orqanlarına aid mərkəzi icra hakimiyyəti orqanlarında, onlara bərabər tutulan orqanlarda (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi) inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələrə (şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi) iddia edən şəxslər iştirak edə bilərlər.
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 17 sentyabr 2025-ci il saat 18:00-dək Dövlət İmtahan Mərkəzinin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Elan üzrə sənəd qəbulu yalnız Dövlət İmtahan Mərkəzinin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir. Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
ali təhsil haqqında sənədin surəti;
əmək kitabçasının surəti.
Müsahibədə iştirak üçün müraciət edən namizədlər "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Namizədlər daxili müsahibə ilə bağlı ətraflı məlumatı Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən əldə edə bilərlər:
https://exidmet.dim.gov.az/dqq/Elan/DxMshMshElanList?ElanID=577