Azərbaycan Respublikasının Energetika Nazirliyi inzibati vəzifələrin 3-cü və 4-cü təsnifatına uyğun olan vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı 4 vakant yer üzrə daxili müsahibə elan edib.

Namizədlər daxili müsahibəyə təqdim edilmiş Energetika Nazirliyinin aparat rəhbəri, nazirliyin dövlət orqanı rəhbərinin müşaviri (informasiya texnologiyaları üzrə), Neft-qaz şöbəsinin müdiri və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini vakant vəzifələri üzrə sənədlərini təqdim edə bilərlər.

Daxili müsahibədə Energetika Nazirliyində inzibati vəzifələrdə qulluq keçən, inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları və dövlət orqanının ləğvi (Energetika Nazirliyinin tabeliyində olan qurumlar nəzərdə tutulur), dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilən və Energetika Nazirliyində ehtiyat kadr kimi saxlanılan şəxslər, eləcə də 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun olan vəzifələrə, habelə şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi vəzifələrinə iddia edən şəxslər iştirak edə bilərlər.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 16 noyabr 2021-ci il tarixindən 6 dekabr 2021-ci il saat 18:00-dək Dövlət İmtahan Mərkəzinin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti
  • əmək kitabçasının surəti

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər daxili müsahibə ilə bağlı ətraflı məlumatı Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən əldə edə bilərlər:

https://exidmet.dim.gov.az/DQQ/Elan/DxMshMshElanlar

https://exidmet.dim.gov.az/dqq/Elan/DxMshMshElanList?ElanID=480