<

Elektron satınalma vasitəsilə kotirovka sorğusunda iştirak etmək üçün DƏVƏT

Azərbaycan Respublikasının Energetika Nazirliyi balansında olan server və kompüter avadanlıqlarının ehtiyat hissələrinin satın alınmasına dair kotirovka sorğusunu elan edir

Satınalan təşkilatın adı: AZƏRBAYCAN RESPUBLİKASININ ENERGETİKA NAZİRLİYİ

Satınalan təşkilatın VÖEN-i: 1300087531

Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Ü. Hacıbəyli 84, Hökumət Evi, qapı 5, AZ1000

Nazirliyin balansında olan server və kompüter avadanlıqlarının ehtiyat hissələrinin satın alınmasına dair

Satınalma predmeti: Nazirliyin balansında olan server və kompüter avadanlıqlarının ehtiyyat hissələrinin satın alınmasına dair

Sıra №

Malların (işlərin və xidmətlərin) adı

Ətraflı təsviri

Həcmi/ Miqdarı

Ölçü vahidi

1.

Serverlər üçün əməli yaddaş

HPE 16 GB (1x16GB) Single Rank x4 DDR4-2666 CAS-19-19-19 Registered Smart Memory Kit (P\N-815098-B21, HPE ProLiant DL380)

4

ədəd

2.

Serverlər üçün yaddaş

HPA MSA 1.2 TB 12G SAS 10K 2.5in ENT HDD (P\N-J9F48A, MSA2050 üçün disklər)

4

ədəd

3.

Yedəkləmə üçün kaset

HPE LTO-7 Ultrium 15 (P\N-C7977A)

1

ədəd

4.

Personal kompüterlər üçün sürətli daimi yaddaş

SSD 480 GB SATA III

15

ədəd

5.

Personal kompüterlər üçün əməli yaddaş

RAM 8GB DDR4 3200 MHz

10

ədəd

Müsabiqənin başlanma tarixi və vaxtı:

29.07.2022 13:00

 

Təkliflərin son təqdim olunma tarixi və vaxtı:

12.08.2022 18:00

 

Zərflərin açılması tarixi və vaxtı:

15.08.2022 13:00

 

Müsabiqədə iştirak haqqı: 100 AZN

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə” düyməsini sıxaraq aidiyyəti keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz:

 

İcra ünvanı

Bakı şəhəri, Ü. Hacıbəyli 84, Hökumət Evi, qapı 5, AZ1000

 

İcra müddəti

10 təqvim günü ərzində və ya mümkün qısa zamanda

ÇATDIRILMA ŞƏRTLƏRİ

DDP

ÖDƏNİŞ ŞƏRTLƏRİ

Kotirovka sorğusu şərtlərinə uyğun

 

Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN

 

Kotirovka sorğusunun təklifi

 

Qiymət təklifi

 

Qiymət kotirovkasının təsviri

Təklif tam və aydın formada Azərbaycan manatı ilə, bütün xərclər və vergilər daxil olmaqla malgöndərənin (podratçının) rəsmi blankında təsdiq olunaraq PDF formatında portal vasitəsilə təqdim olunmalıdır).

Qiymət kotirovkasının qüvvədə olma müddəti

Zərflərin açıldığı gündən sonra 30 bank günü təşkil etməlidir.

       

Təşkilati və hüquqi sənədlər:

Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış

Son bir ildəki fəaliyyəti haqqında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən ödənilməsi vaxtı keçmiş borcunun olub-olmamasına dair rəsmi arayış.

(Sənədin əslinin skan olunaraq PDF formatında Portal vasitəsilə təqdim olunması tələb olunur. Əgər sənəd elektron formada alınıbsa notarial qaydada təsdiq edilməsi zəruridir)

Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması

Son dövrə olan məlumat qəbul edilir

(Sənədin əslinin skan olunaraq PDF formatında Portal vasitəsilə təqdim olunması tələb olunur.)

Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;

Son dövrə olan məlumat qəbul edilir

(Sənədin əslinin skan olunaraq PDF formatında Portal vasitəsilə təqdim olunması tələb olunur.)

Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti

Son bir ildəki fəaliyyəti haqqına vergi orqanına təqdim edilmiş mənfəət (gəlir) vergisinin bəyannaməsinin surətinin təqdim olunması tələb olunur.

Maliyyə vəziyyəti haqqında bank arayışı

Son bir ildəki fəaliyyəti haqqında bank arayışı. Sənədin əslinin skan olunaraq PDF formatında Portal vasitəsilə təqdim olunması tələb olunur.

Nizamnamə

Surəti notarial qaydada təsdiq olunmalıdır. Təsdiqedici sənədin PDF formatında Portalda yerləşdirilməsi zəruridir.

Qeydiyyatdan keçdiyi ölkə

Malgöndərənin (podratçının) dövlət reyestrindən çıxarışının surətinin təqdim edilməsi. Notarial qaydada təsdiq olunmalıdır. Təsdiqedici sənədin PDF formatında Portalda yerləşdirilməsi zəruridir.

Rekvizitlər

Bank rekvizitləri təqdim olunmalıdır. PDF formatında Portalda yerləşdirilməsi zəruridir.

Mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olmasına dair məlumat

Statistika Komitəsindən alınmalıdır. Cari tarixə qüvvədə olan arayışın orijinalı skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir.

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)

Leyla Adıgözəlbəyova

Aparıcı məsləhətçi

leyla.adigozelbeyova@minenergy.gov.az

598-16-53 (1034)