- ANA SƏHİFƏ
- Elanlar
- Energetika Nazirliyi 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Konfransının təşkili ilə əlaqədar kotirovka sorğusu keçirir
Energetika Nazirliyi 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Konfransının təşkili ilə əlaqədar kotirovka sorğusu keçirir
Elektron satınalma vasitəsilə kotirovka sorğusunda iştirak etmək üçün DƏVƏT
Azərbaycan Respublikası Energetika Nazirliyi “01-03 iyun 2022-ci il tarixlərində Bakı şəhərində keçiriləcək BAKI ENERJİ HƏFTƏSİ çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Konfransının təşkili ilə əlaqədar xidmətlərin satın alınması” üçün kotirovka sorğusunu elan edir
Satınalan təşkilatın adı: AZƏRBAYCAN RESPUBLİKASININ ENERGETİKA NAZİRLİYİ
Satınalan təşkilatın VÖEN-i: 1300087531
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Ü. Hacıbəyli 84, Hökumət Evi, qapı 5, AZ1000
Satınalma predmeti: Beynəlxalq və ölkə səviyyəli və bu qəbildən olan digər tədbirin təşkili ilə əlaqədar xidmətinin satın alınması
Müsabiqənin adı: 01-03 iyun 2022-ci il tarixlərində Bakı şəhərində keçiriləcək BAKI ENERJİ HƏFTƏSİ çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Konfransının təşkili ilə əlaqədar Energetika Nazirliyi tərəfindən xidmətlərin satın alınması
Sıra № |
Malların (işlərin və xidmətlərin) adı |
Ətraflı təsviri |
Miqdarı |
Ölçü vahidi |
1. |
Nümayəndə heyətinin rəhbərləri üçün hədiyyələr |
Azərbaycan Respublikasının tarixini və mədəniyyətini təcəssüm etdirməlidir |
15 |
ədəd |
2. |
Nahar yeməyi (Yüksək səviyyəli qonaqlar üçün) |
Bakının “İçəri şəhər” və ya “Dənizkənarı Bulvar” ərazisində yerləşən qədim tarixə malik, milli ənənəni özündə yaşadan, xalq mahnıları və muğam sədaları altında canlı musiqisi və milli mətbəxi olan unikal məkanardan birində (50 nəfər x 2 gün) |
100 |
nəfər |
3. |
Şam yeməyi (Yüksək səviyyəli qonaqlar üçün) |
Bakının “İçəri şəhər” və ya “Dənizkənarı Bulvar” ərazisində yerləşən qədim tarixə malik, milli ənənəni özündə yaşadan, xalq mahnıları və muğam sədaları altında canlı musiqisi və milli mətbəxi olan unikal məkanardan birində (50 nəfər x 2 gün) |
100 |
nəfər |
4. |
Tərcümə xidməti |
Ardıcıl tərcüməçi (İngilis-Azərbaycan-İngilis dilləri üzrə) (1 nəfər x 2 gün) |
1 |
nəfər |
Müsabiqənin başlanma tarixi və vaxtı: |
10.05.2022 17:00 |
|
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: |
25.05.2022 18:00 |
|
Zərflərin açılması tarixi və vaxtı:
|
26.05.2022 17:00 |
|
İştirak haqqı: 100 manat
|
|
|
İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə” düyməsini sıxaraq aidiyyəti keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz:
|
||
ÇATDIRILMA YERİ
Bakı şəhəri |
||
ÇATDIRILMA MÜDDƏTİ
Müqavilə imzalandıqdan sonra 31 may tarixindən başlayaraq tədbirin keçirildiyi müddət ərzində
|
|
|
ÖDƏNİŞ ŞƏRTLƏRİ |
|
|
Kotirovka sorğusu şərtlərinə uyğun |
||
Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN
|
||
Kotirovka sorğusunun təklifi
|
||
Qiymət təklifi
|
||
Qiymət kotirovkasının təsviri |
Təklif tam və aydın formada Azərbaycan manatı ilə, bütün xərclər və vergilər daxil olmaqla malgöndərənin (podratçının) rəsmi blankında təsdiq olunaraq PDF formatında portal vasitəsilə təqdim olunmalıdır). |
|
Qiymət kotirovkasının qüvvədə olma müddəti |
Zərflərin açıldığı gündən sonra 30 bank günü təşkil etməlidir. |
|
Təşkilati və hüquqi sənədlər:
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış
|
Son bir ildəki fəaliyyəti haqqında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən ödənilməsi vaxtı keçmiş borcunun olub-olmamasına dair rəsmi arayış. (Sənədin əslinin skan olunaraq PDF formatında Portal vasitəsilə təqdim olunması tələb olunur. Əgər sənəd elektron formada alınıbsa notarial qaydada təsdiq edilməsi zəruridir)
|
|||
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti |
Son bir ildəki fəaliyyəti haqqına vergi orqanına təqdim edilmiş mənfəət (gəlir) vergisinin bəyannaməsinin surətinin təqdim olunması tələb olunur.
|
|||
Maliyyə vəziyyəti haqqında bank arayışı |
Son bir ildəki fəaliyyəti haqqında bank arayışı. Sənədin əslinin skan olunaraq PDF formatında Portal vasitəsilə təqdim olunması tələb olunur. |
|||
Nizamnamə |
Surəti notarial qaydada təsdiq olunmalıdır. Təsdiqedici sənədin PDF formatında Portalda yerləşdirilməsi zəruridir.
|
|||
Qeydiyyatdan keçdiyi ölkə |
Malgöndərənin (podratçının) dövlət reyestrindən çıxarışının surətinin təqdim edilməsi. Notarial qaydada təsdiq olunmalıdır. Təsdiqedici sənədin PDF formatında Portalda yerləşdirilməsi zəruridir.
|
|||
Rekvizitlər
|
Bank rekvizitləri təqdim olunmalıdır. PDF formatında Portalda yerləşdirilməsi zəruridir.
|
|||
Mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olmasına dair məlumat |
Statistika Komitəsindən alınmalıdır. Cari tarixə qüvvədə olan arayışın orijinalı skan edilərək PDF formatında Portalda yerləşdirilməsi zəruridir. |
|||
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması |
İddiaçılar tərəfindən müvafiq sahədə peşəkarlığını, təcrübəsini və ixtisaslı kadr imkanlarının mövcudluğu barədə arayış tərtib edilir (azı 3 beynəlxalq və ölkə səviyyəli tədbirin təşkilində təcrübəsi olmalıdır). İddiaçının yerinə yetirdiyi analoji müqavilələr haqqında məlumat və təsdiqedici sənədlər təqdim edilməlidir. |
|||
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
|
Son dövrə olan məlumat qəbul edilir |
|||
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması |
Son dövrə olan məlumat qəbul edilir |
|||
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması |
Son dövrə olan məlumat qəbul edilir |
|||
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi |
Son dövrə olan məlumat qəbul edilir |
|||
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) |
||||
Leyla Adıgözəlbəyova |
Aparıcı məsləhətçi |
leyla.adigozelbeyova@minenergy.gov.az |
598-16-53 (1034) |
|