- ANA SƏHİFƏ
- Elanlar
- Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə attestasiya elanı
Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə attestasiya elanı
Azərbaycan Respublikasının Energetika Nazirliyi təsərrüfat subyektlərində enerji auditinin keçirilməsi ixtisas kateqoriyası üzrə enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə attestasiya elan edir. İmtahan 12 may 2025-ci il tarixində saat 15:00-da Energetika Nazirliyində keçiriləcəkdir.
İmtahanda iştirakı təsdiq edilmiş namizədlər imtahanla bağlı əlavə məlumatları aşağıdakı mənbələrdən əldə edə bilərlər:
· Bələdçi
Ünvan: Bakı şəhəri, Ü. Hacıbəyli küçəsi 84, Hökumət Evi, 4-cü giriş, 9-cu mərtəbə, AZ1000
Qeyd: Namizədlər attestasiya yerinə 15 dəqiqə əvvəl yaxınlaşmalı və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir.
Əlaqə: 598-16-53/54/55