Azərbaycan Respublikasının Energetika Nazirliyi “Elektrik enerjisinin istehsalçıları, eləcə də təchizatçıları arasında rəqabət mühitinin formalaşdırılması üçün hədəf modelinə uyğun bazar qaydalarının hazırlanması üçün məsləhətçi şirkətin cəlb edilməsi”nə dair keçirilən

Təkliflər sorğusuna dəvət edir

Müqaviləni yerinə yetirmək üçün müsabiqə iştirakçıları lazımi texniki, maliyyə imkanlara və təcrübəyə malik olmalıdırlar.

İddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün tələb olunan sənədləri (təklif və bank təminatı da daxil olmaqla) 22 noyabr 2023-cü il Bakı vaxtı ilə saat 12:00-a qədər (təklif zərflərinin açılmasına 1 (bir) bank günü qalmış) imzalanmış və möhürlənmiş şəkildə ikiqat zərflərdə satınalan təşkilata təqdim etməlidirlər.

İddiaçıların təklifləri 23 noyabr 2023-cü il tarixində  Bakı vaxtı ilə saat 12:00-da Bakı şəhəri, Ü. Hacıbəyli 84, Hökumət Evi, qapı 5, mərtəbə 9, otaq 948 ünvanında açılacaqdır.

Maraqlanan təşkilatlar aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər:

Əlaqələndirici şəxs: Leyla Adıgözəlbəyova

Əlaqə nömrəsi: +(99412) 596 16 53/54 (daxili 1034)

Faks: +(99412) 598 16 78

Əlaqələndirici şəxsin e-maili: leyla.adigozelbeyova@minenergy.gov.az

Satınalan təşkilatın ünvanı: AZ1000, Bakı şəhəri, Ü. Hacıbəyli 84, Hökumət Evi, qapı 5.

TENDER KOMİSSİYASI