Yaşma ərazisində qaz- turbin elektrik stansiyasının özəl investisiya hesabına tikintisi ilə bağlı hüquqi, texniki və maliyyə məsələləri  üzrə məsləhətçi şirkətin cəlb edilməsinə dair Təkliflər sorğusu haqqında:

Azərbaycan Respublikası Energetika Nazirliyi “Yaşma ərazisində qaz-turbin elektrik stansiyasının özəl investisiya hesabına tikintisi ilə bağlı hüquqi, texniki və maliyyə məsələləri üzrə məsləhətçi şirkətin cəlb edilməsi” xidmətinin təkliflər sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.

Əlaqələndirici şəxs - Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin Elektroenergetika sektorunun böyük məsləhətçisi Elçin Tarquluyev: (012) 598-16-53/54/55 (dax. 1053) (e-mail: elchin.targuluyev@minenergy.gov.az ).

Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər 27.08.2021-ci il saat 15:00-dan 15.09.2021-ci il saat 15:00-dək qəbul olunur.

Ünvan: Bakı şəh., Ü.Hacıbəyli küç.,84, Hökumət Evi, 5-ci qapı, 9-cu mərtəbə, 939-cu otaq.

                                                                                                                                                                                        TENDER  KOMİSSİYASI