Azərbaycanda energetika sahəsində su ehtiyatlarından  istifadədə səmərəliliyin artırılması məqsədi ilə elektrik stansiyalarının (“Azərenerji” ASC-nin balansında olan) soyutma sistemində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, elektrik stansiyalarının soyutma sistemlərinin müasirləşdirilməsi və elektrik enerjisi tezliyinin müstəqil tənzimlənməsi  ilə bağlı təkliflərin hazırlanmasına dair Təkliflər sorğusu barədə

Azərbaycan Respublikası Energetika Nazirliyi “Energetika sahəsində su ehtiyatlarından istifadədə səmərəliliyin artırılması ilə bağlı təkliflərin hazırlanması” xidmətini təkliflər sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.

Maraqlanan təşkilatlar 598-16-53/54 (daxili 1132) telefon nömrəsi ilə (email: elchin.mehraliyev@minenergy.gov.az) əlaqə saxlaya bilərlər.

Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər 16.05.2021-ci il saat 17:00-dan 25.05.2021-ci il saat 15:00-dək qəbul olunur.

Ünvan: Ü.Hacıbəyli küç.,84, Hökumət Evi, 5-ci qapı, 2-ci mərtəbə, 202-ci otaq.