- ANA SƏHİFƏ
- Elanlar
- Azərbaycan Respublikası Energetika Nazirliyinin yanında İctimai Şuraya seçkilərin keçirilməsi qeyri-müəyyən vaxtadək təxirə salınıb
Azərbaycan Respublikası Energetika Nazirliyinin yanında İctimai Şuraya seçkilərin keçirilməsi qeyri-müəyyən vaxtadək təxirə salınıb
Azərbaycan Respublikası Energetika Nazirliyinin yanında İctimai Şuraya seçkilərin 24 oktyabr 2017-ci il tarixində keçirilməsi elan edilmişdir.
Azərbaycan Respublikası Energetika Nazirliyinin yanında İctimai Şura üzvülüyünə namizədlərin irəli sürülməsi prosesinə 22 may 2017-ci il tarixindən başlanılmış və namizədlərin irəli sürülməsi və qeydə alınması prosesi 20 iş günü müddətində, yəni 20 iyunda başa çatmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2.17-ci bəndinə əsasən ictimai şuraya seçkilər namizədlərin irəli sürülməsi prosesi başa çatdıqdan sonra bir ay müddətində keçirilir.
Adıçəkliən Əsasnamənin 2.17-ci bəndində nəzərdə tutulan namizədlərin irəli sürülməsi prosedurunun pozulması ilə əlaqədar olaraq, seçkilərin keçirilməsi qeyri-müəyyən vaxtadək təxirə salınır.