- ANA SƏHİFƏ
- Beynəlxalq təşkilatlarla əlaqələr
- Türkiyənin TİKA Təşkilatı
Türkiyənin TİKA Təşkilatı
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) 1992-ci ildə Türkiyə Xarici İşlər Nazirliyinin nəzdində xarici yardımların göstərilməsi məqsədilə yaradılıb. 28 may 1999-cu il tarixindən etibarən isə Türkiyə Respublikasının Nazirlər Kabinetinin tabeliyində fəaliyyət göstərir.
TİKA-nın dünyanın 54 ölkəsində 100-dən çox Əməkdaşlıq Ofisi fəaliyyət göstərir. Eyni zamanda, dünyanın 100-ə yaxın ölkəsində müxtəlif inkişaf mərkəzləri ilə aidiyyəti sahələr üzrə əməkdaşlıq edilir.
Təşkilatın Bakı Proqram Koordinasiya Ofisi 1994-cü ildən etibarən fəaliyyət göstərir və Ofisə 2016-cı ilin avqust ayından etibarən Adəm Urfa rəhbərlik edir.
Layihələr birdəfəlik əsasda kiçik həcmli yardımlar formasında həyata keçirilir və kənd təsərrüfatı, turizm, institusional infrastrukturun inkişaf etdirilməsi, iqtisadi, texniki, sosial, mədəni və səhiyyə sahələri üzrə fəaliyyətlərdə Azərbaycanın dövlət və qeyri- dövlət strukturları ilə əməkdaşlıq qurulmasına xüsusi əhəmiyyət verilir.
04-15 noyabr 2013-cü il tarixində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JİCA) təşkilatçılığı ilə Ankara və İstanbulda təşkil edilən “Sənayedə enerji məhsuldarlığı və idarəçiliyi” tədris proqramında iştirak edilib.