- ANA SƏHİFƏ
- Beynəlxalq təşkilatlarla əlaqələr
- Müstəqil Dövlətlər Birliyinin (MDB) Elektroenergetika Şurası
Müstəqil Dövlətlər Birliyinin (MDB) Elektroenergetika Şurası
Ümumi məlumat:
Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında elektroenergetika sahəsində əməkdaşlığın əsası 14.02.1992-ci il tarixli “MDB-də elektroenergetika sahəsində dövlətlərarası münasibətlərin koordinasiya edilməsi haqqında Saziş”lə qoyulmuşdur. Sazişə əsasən MDB-yə üzv dövlətlərin elektroenergetika sahəsində əməkdaşlığının genişləndirilməsi və birgə fəaliyyətlərinin koordinasiya edilməsi məqsədilə Elektroenergetika Şurası yaradılmış və nizamnaməsi təsdiq edilmişdir.
Azərbaycan ilə əməkdaşlıq
· Azərbaycan Respublikası 24.09.1993-cü il tarixində MDB Dövlət Başçıları Şurasının iclasında MDB-nin tamhüquqlu üzvü olmuşdur.
· Azərbaycan MDB Elektroenergetika Şurası ilə əməkdaşlıq edir. Şuranın ümumilikdə 68 iclası keçirilmişdir, onlardan 3 iclas 19.10.2004, 29.05.2009 və 25.04.2014-cü illərdə Bakıda təşkil olunmuşdur.
· Azərbaycan dəvət olunmuş qonaq qismində mütəmadi olaraq MDB Elektroenergetika Şurasının iclaslarında yüksək səviyyədə iştirak edir.