Ümumi məlumat

§ 1973-cü ildə yaradılmışdır.

§ Baş qərargahı Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində yerləşir.

§ 57 ölkə Bankın üzvüdür.

§ İİB-in sədri 09.08.2021-ci il tarixindən etibarən Muhammad Sulaiman Al Jasserdir (Səudiyyə Ərəbistanı).

 

     Azərbaycanla əməkdaşlıq

§ Azərbaycanın daxil olduğu ölkələr qrupu: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Albaniya, Tacikistan. Ölkəmizin daxil olduğu qrup üzrə icraçı direktor rotasiya sisteminə uyğun olaraq qrup ölkələri arasında dəyişir.

  • Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Albaniya və Tacikistan ölkələri üzrə icraçı direktor: Endrit Lami (Albaniya) (səlahiyyət müddəti: 01.01.2024- 31.12.2026)

§ Ölkəmiz, həmçinin İİB Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (İCD), Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (İTFC), İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (İCİEC) ilə əməkdaşlıq edir.

  • 10.07.2023-cü il  tarixində İİB Qrupunun nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində ölkəmizin müvafiq qurumları ilə keçirilmiş görüşlər nəticəsində İİB ilə əməkdaşlıq üzrə aşağıdakı prioritet istiqamətlər müəyyən olunmuşdur:
  1. Yaşıl, davamlı və dayanıqlı infrastrukturun inkişafı;
  2. Məhsuldarlığa əsaslanan artımın, rəqabətqabiliyyətli və şaxələndirilmiş iqtisadiyyatın dəstəklənməsi;
  3. Sahələrarası istiqamətlər (İslam maliyyəsi, rəqəmsallaşma, regional və Cənub-Cənub əməkdaşlığı və s.).

·   05.12.2024-cü il tarixində İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və İİB-in nümayəndələrinin iştirakı ilə keçirilmiş onlayn görüşdə "Azərbaycan Respublikasında Dənizdə Külək Enerjisi İnfrastrukturunun İnkişafı" layihəsinin konsepsiyası üzrə ilkin fikir mübadiləsi aparılmışdır.