- ANA SƏHİFƏ
- Beynəlxalq təşkilatlarla əlaqələr
- Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA)
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA)
Ümumi məlumat
IRENA 2009-cu ildə Almaniyanın Bonn şəhərində təsis edilib. Təşkilatın üzvlüyünə 171 ölkə və Avropa İttifaqı daxildir. Təşkilat prioritet qlobal enerji məsələlərinin müzakirəsini təmin edir və dünyada bərpa olunan enerjiyə əsaslanan enerji keçidinin təşviqi istiqamətində fəaliyyət göstərir.
IRENA-nın baş direktoru vəzifəsini 2019-cu ildən Françesko La Kamera icra edir.
IRENA ilə əməkdaşlıq
Azərbaycan Respublikası 2009-cu ildən IRENA-ya üzvdür. Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Elçin Bağırov 2023-cü ilin 15 mart tarixindən etibarən Azərbaycan Respublikasının IRENA yanında Daimi Nümayəndəsidir.
IRENA ilə əməkdaşlıq çərçivəsində 2019-cu ildə "Bərpa Olunan Enerji Mənbələrindən İstifadəyə Hazırlığın Qiymətləndirilməsi: Azərbaycan Respublikası" adlı hesabat hazırlanıb.
Azərbaycan 2023-cü ildə İRENA-nın koordinasiya etdiyi “Qlobal Geotermal Alyans” təşəbbüsünə üzv qəbul edilib.
IRENA Şurasına üzvlük.
14-15 yanvar 2023-cü il tarixində keçirilmiş IRENA Assambleyasının 13-cü Sessiyasında qəbul edilmiş qərara əsasən, Azərbaycan IRENA Şurasına üzv seçilib.
Şura 4 regional qrupdan seçilən 21 üzvdən ibarətdir. Azərbaycan 2023-2024-cü və 2025-2026-cı illər üzrə IRENA Şurasına üzv seçilib.
Azərbaycanın COP29 Sədrliyi və IRENA tərəfindən birgə təşkil edilmiş tədbirlər:
- 11.10.2024-cü il tarixində COP28 və COP30 sədrlikləri və Qlobal Bərpa Olunan Enerji Alyansı ilə tərəfdaşlıq çərçivəsində “BƏƏ Konsensus Enerji Nəticələrinin İzlənməsi – Hesabatın Təqdim Edilməsi” adlı tədbir;
- 15-16.11.2024-cü il tarixində COP29 Mərkəzi Asiya üçün Enerji Keçidi üzrə İnvestisiya Forumu; “Mərkəzi Asiyada Bərpa Olunan Enerji üzrə Sürətləndirilmiş Tərəfdaşlıq” (APRECA) təşəbbüsü ilk dəfə ötən il COP29 çərçivəsində Azərbaycanda təqdim olunmuşdur;
- 15.11.2024-cü il tarixində COP29 Enerji Təşəbbüsləri üzrə Nazirlər Görüşü;
- 15.11.2024-cü il tarixində “Kommunal Müəssisələrin Sıfır Tullantı Alyansı (UNEZA) üzrə baş icraçı direktorların rəhbərliyi” adlı tədbir;
- 16.11.2024-cü il tarixində (Elm, Texnologiya və İnnovasiya/Rəqəmsallaşma Günü) Sənaye Dekarbonizasiya Alyansının (AFID) baş icraçı direktorların Yüksək Səviyyəli Dialoqu.
IRENA-nın dəstəyi ilə fəaliyyət göstərən Kommunal Müəssisələrin Sıfır Tullantı Alyansı (Utilities for Net Zero Alliance - UNEZA) Azərbaycanın COP29 Sədrliyi tərəfindən irəli sürülmüş “Qlobal Enerji Saxlancı və Şəbəkələri Vədi” və “Yaşıl Enerji Vədi: Yaşıl Enerji Zonaları və Dəhlizləri” təşəbbüslərini dəstəkləyib.
IRENA Assambleyasına vitse-prezidentlik
IRENA Assambleyasının 11-12.01.2026-cı il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilmiş 16-cı sessiyası zamanı IRENA Assambleyasının 2027-ci ildə keçiriləcək 17-ci sessiyasının vitse-prezidentliyinə Azərbaycanın namizədliyi Assambleyanın qərarına əsasən təsdiq olunub.