- ANA SƏHİFƏ
- Beynəlxalq təşkilatlarla əlaqələr
- İnkişaf Etməkdə Olan Səkkiz Ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8)
İnkişaf Etməkdə Olan Səkkiz Ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8)
Ümumi məlumat
· 15 iyun 1997-ci il tarixində İstanbul şəhərində keçirilmiş Zirvə Görüşünün qəbul etdiyi Bəyannamə ilə D-8 rəsmi olaraq təsis edilmişdir.
· Təşkilatın 9 üzvü var: Azərbaycan, Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya, Pakistan və Türkiyə.
· Baş ofisi Türkiyənin İstanbul şəhərində yerləşir.
· Təşkilatın Baş katibi 2026-cı ilin 1 yanvar tarixindən Sohail Mahmuddur (Pakistan).
· D-8 BMT-nin Baş Assambleyasında müşahidəçi statusuna malikdir.
· D-8 bir sıra qlobal və regional beynəlxalq təşkilatlarla (UNIDO, OIC, IDB, ECO, BSEC, və s.) anlaşma memorandumları imzalamışdır.
Azərbaycan ilə əməkdaşlıq
2024-cü ilin 19 dekabr tarixində Qahirə şəhərində keçirilmiş D-8-in XI Sammiti zamanı Azərbaycan Respublikası D-8 təşkilatına üzv seçilmişdir. Bununla da Azərbaycan təşkilat yarandığından ilk qeyri-təsisçi dövlət olaraq üzv qəbul olunmuşdur.
· 2025-ci ilin 4 mart tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev D-8-in Baş katibi İsiaka Abdulqadir İmamı qəbul etmişdir.
· 2026-cı ilin 17-22 may tarixlərində Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində 19 may tarixində D-8 Yüksək Səviyyəli Enerji və Urban Dialoqu təşkil edilmişdir.
· 2026-cı ilin 1-3 iyun tarixlərində Bakıda keçirilmiş Bakı Enerji Həftəsi çərçivəsində
1 iyun tarixində D-8 enerji nazirlərinin birinci iclası keçirilmişdir. İclasın sonunda “Enerji Əməkdaşlığı üzrə Bakı Bəyannaməsi” qəbul edilmişdir.
D-8 Enerji və İqlim Mərkəzi
· 2025-ci ilin 15-16 dekabr tarixlərində Qahirədə keçirilmiş D-8 Komissarlarının 50-ci iclasında D-8 Enerji və İqlim, D-8 Nəqliyyat Mükəmməllik və D-8 Media Mükəmməllik Mərkəzlərinin ölkəmizdə təsis edilməsinə dair qərar qəbul edilmişdir.
· Mərkəzin yaradılması ilə bağlı 2025-ci ilin 15-16 dekabr tarixlərində Qahirədə keçirilmiş D-8 Komissarlarının 50-сі iclasında qəbul edilmiş konsepsiya sənədi əsas götürülməklə D-8 Enerji və İqlim Mərkəzinin statusunu, məqsəd və vəzifələrini, idarəetmə mexanizmlərini və fəaliyyət istiqamətlərini müəyyən edən Nizamnamə layihəsi hazırlanmışdır.