- ANA SƏHİFƏ
- Beynəlxalq təşkilatlarla əlaqələr
- Dünya Enerji Şurası (DEŞ)
Dünya Enerji Şurası (DEŞ)
Ümumi məlumat
· Dünya Enerji Şurası (DEŞ) 1923-cü ildən fəaliyyət göstərir və BMT yanında akkreditə olunmuş beynəlxalq enerji təşkilatıdır. Baş ofisi Londonda yerləşən təşkilat 68 üzv ölkəni, həmçinin 3000-dən çox hökumət və özəl müəssisələri, elmi dairələri və qeyri-hökümət təşkilatlarını özündə birləşdirir.
· DEŞ-in fəaliyyət planı iki ildən bir keçirilən Dünya Enerji Konqresi tərəfindən müəyyən olunur. Həmin fəaliyyətlər 6 regiondan (Afrika, Asiya, Avropa, Latın Amerikası və Karib dənizi, Yaxın Şərq və Körfəz Dövlətləri və Şimali Amerika) seçilmiş ölkələrdən ibarət Daimi Komitə tərəfindən həyata keçirilir.
· Təşkilatın strateji istiqamətlərinin nəzərdən keçirilməsi və müəyyənləşdirilməsi üçün ildə bir dəfə icraçı Assambleyanın iclası keçirilir. Təşkilatın baş katibi 2019-cu ildən Angela Wilkinsondur.
Azərbaycanla əməkdaşlıq
· 9-13 oktyabr 2016-cı il tarixlərində Türkiyənin İstanbul şəhərində “Yeni üfüqlərə qucaq açmaq” devizi altında keçirilən 23-cü Dünya Enerji Konqresinin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.
· 08.04.2019-cu il tarixində energetika naziri Pərviz Şahbazov DEŞ-ın regional inkişaf üzrə sədr müavini Oleq Budarqin ilə görüşüb.
· 05.06.2024-cü il tarixində DEŞ-in baş katibi Angela Wilkinson Bakı Enerji Həftəsində iştirak məqsədilə Azərbaycana səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə görüşüb.
· 13-17 noyabr 2024-cü il tarixlərində DEŞ-in baş katibi Angela Wilkinson COP29-da iştirak məqsədilə Azərbaycana səfər edib.