- ANA SƏHİFƏ
- Beynəlxalq təşkilatlarla əlaqələr
- Dünya Bankı Qrupu (WB)
Dünya Bankı Qrupu (WB)
Ümumi məlumat
· Dünya Bankı Qrupu - İnkişaf etməkdə olan ölkələrə maliyyə və texniki yardımın göstərilməsi məqsədilə 1944-cü ildə yaradılmış beynəlxalq maliyyə institutudur. Təşkilata 189 ölkə üzvdür və mərkəzi ofisi Vaşinqtonda yerləşir. Dünya Bankının Prezidenti 2023-cü ilin iyun ayından etibarən Ajay Bangadır (ABŞ).
· Dünya Bankının fəaliyyəti 25 ölkənin nümayəndələrindən ibarət Direktorlar Şurası (Boards of Directors) tərəfindən tənzimlənir.
· Dünya Bankı Qrupuna aşağıdakı təşkilatlar daxildir:
- Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD)
- Beynəlxalq İnkişaf Assosiasiyası (IDA)
- Beynəlxalq Maliyyə Korporasiyası (IFC)
- İnvestisiya Zəmanətləri üzrə Çoxtərəfli Agentlik (MIGA)
- İnvestisiya Mübahisələrinin Nizamlanması üzrə Beynəlxalq Mərkəz (ICSID)
Azərbaycanla əməkdaşlıq
· Azərbaycan Respublikası Dünya Bankı ilə əməkdaşlığa 1992-ci ildə başlamışdır. Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri vəzifəsinə 2023-cü ilin iyul ayında Stefani Stailmeister (ABŞ) təyin olunmuşdur. Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru isə Rolande Prycedir (Yamayka).
· Dünya Bankı ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq 2025 – 2029-cu illər üzrə Ölkə Əməkdaşlıq Strategiyası əsasında həyata keçirilir. Dünya Bankı Azərbaycana müxtəlif sektorlar üzrə 50-dən çox layihə çərçivəsində kredit, qrant, texniki yardım şəklində maliyyə ayırmışdır. Bank tərəfindən Azərbaycana Cənub Qaz Dəhlizi çərçivəsində Trans Anadolu Qaz Boru Kəmərinin (TANAP) inşası və Bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasının təmin edilməsi (AZURE) layihəsi məqsədilə iri həcmli kreditlər ayrılmışdır.
Bank ilə təmaslar
· 15.11.2024-cü il tarixində COP29 çərçivəsində energetika naziri Pərviz Şahbazov və Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani arasında görüş keçirilmişdir.
· 27.02.2025-ci il tarixində Bakıda energetika nazirinin müavini Orxan Zeynalov ilə Dünya Bankının (Azərbaycan, Qazaxıstan, Qırğızıstan Respublikası, Polşa, Serbiya, Tacikistan, Türkmənistan, Özbəkistan və İsveçrə üzrə) icraçı direktoru Beatrice Maser arasında görüş olmuşdur.
· 02.04.2025-ci il tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclası çərçivəsində ölkəmizə səfər etmiş Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru, xanım Rolande Prycenin və energetika naziri Pərviz Şahbazov arasında görüş olmuşdur.
· 23.09.2025-ci il tarixində energetika naziri Pərviz Şahbazov ilə ölkəmizə səfər etmiş Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Rolande Prycenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.