- ANA SƏHİFƏ
- Beynəlxalq təşkilatlarla əlaqələr
- Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM)
Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM)
Ümumi məlumat
· GUAM 1997-ci il 10 oktyabr tarixində Avropa Şurasının Strasburq şəhərində keçirilmiş Zirvə Görüşü çərçivəsində təsis edilmişdır. Azərbaycan Respublikası, Gürcüstan, Moldova Respublikası və Ukrayna GUAM-ın təsisçiləri və üzv dövlətləridir. Təşkilatın baş qərargahı Kyivdə yerləşir.
· 2001-ci ildə Yaltada təşkil olunmuş birliyin ilk Zirvə Toplantısı təşkilatın beynəlxalq struktur kimi formalaşmasında və institusionallaşmasında böyük rol oynamışdır. GUAM-ın əsas fəaliyyət sahələri insan hüquqları və azadlıqları, suverenliyin, ərazi bütövlüyünün və azadlığın təmin olunması, demokratik islahatların həyata keçirilməsi, regionun iqtisadi inkişafı, beynəlxalq terrorizm, ekstremizm və aqressiv separatizmə qarşı birgə mübarizə, iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi sahəsində səylərin fəallaşdırılması, nəqliyyat sahəsində əməkdaşlıqdan ibarətdir.
· 2006-cı ildə Kyiv Zirvə Toplantısı zamanı üzv ölkələrin Prezidentləri tərəfindən Bəyannamə qəbul edilərək təsisat "Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM" təşkilatına çevrilmişdir.
· GUAM-da sədrlik rotasiya prinsipi əsasında bir illik müddət ərzində üzv dövlətlər tərəfindən həyata keçirilir. Üzv dövlətləri arasında sahəvi əməkdaşlıq işçi qruplar çərçivəsində təşkil olunur.
· 2016-cı ildən etibarən GUAM-ın baş katibi vəzifəsini Altay Əfəndiyev (Azərbaycan) icra edir.
· 2002-ci ildə GUAM-ın energetika üzrə işçi qrupu yaradılmışdır. İşçi qrupunun 5-ci iclası 2011-ci il 20 dekabr tarixində Bakıda keçirilmişdir.
· Azərbaycan Respublikası 2007, 2008, 2012, 2016 və 2024-cü illərdə GUAM-a sədrlik etmişdir. Azərbaycan sədrlik müddətində nəqliyyat və logistika, nəqliyyat dəhlizlərin rəqəmsallaşdırılması və enerji təhlükəsizliyi kimi sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə vermişdir.
· Azərbaycan zəngin enerji resurslarına malik olmaqla, enerji daşıyıcılarının əlverişli və təhlükəsiz marşrutlarla dünya bazarına çıxarılması istiqamətində GUAM formatında fəallıq nümayiş etdirir və dünyanın bir sıra ölkələri ilə enerji sahəsində konstruktiv əməkdaşlıq qurur.