Ümumi məlumat

     Beynəlxalq Enerji Agentliyi (IEA) 1974-cü ildə Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) çərçivəsində muxtar beynəlxalq qurum kimi təsis edilib. Agentliyin əsas məqsədi qlobal  enerji sektoru ilə bağlı siyasət tövsiyələri, təhlillər və məlumatlar təqdim etməkdir.

Təşkilatın 32 üzv ölkəsi və 13 assosiativ üzvü var. Azərbaycan təşkilata üzv deyil.

     2015-ci ildən etibarən IEA-nin icraçı direktoru vəzifəsini Fatih Birol icra edir.

     Azərbaycan və IEA arasında əməkdaşlıq

     IEA Avropa İttifaqı tərəfindən maliyyələşdirilən EU4Energy proqramı çərçivəsində Azərbaycan Respublikası üçün uzunmüddətli enerji planladırılmasına dair Yol Xəritəsi layihəsini tərtib edib.    Yol Xəritəsində əsas diqqət enerji siyasətinin planlaşdırılmasında istifadə olunan yanaşma və modellərə yönəldilib.

     COP29 çərçivəsində əməkdaşlıq

- Azərbaycanın COP29 Sədrliyi və IEA birgə tədbirlər təşkil etmişlər. O cümlədən bir sıra Yüksək Səviyyəli Enerji Keçidi üzrə Dialoqlar – birincisi 15.05.2024-cü il tarixində, sonuncu isə 12.11.2024-cü il tarixində keçirilib.

- 2024-cü ilin sentyabr ayında Metan Öhdəliklərinin Fəaliyyətə Keçirilməsi ilə bağlı IEA-COP29 Yüksək Səviyyəli tədbir keçirilib və həmin ilin oktyabrında “Metan: Qafqaz və Mərkəzi Asiya” adlı IEA-COP29 Regional Texniki Seminar təşkil olunub.

- 2024-cü ilin noyabr ayında “2024-cü ili Təmiz Yemək hazırlaması üzrə əsas il etmək” adlı tədbir keçirilib.

     Energetika Nazirliyi IEA tərəfindən təşkil edilən beynəlxalq tədbirlərdə mütəmadi təmsil olunur.