<

Azərbaycan Respublikası (AR) ilə Avropa İttifaqı (Aİ) arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsasən, Azərbaycan ilə Aİ arasında ikitərəfli mütəmadi dialoqun aparılması məqsədilə Əməkdaşlıq Şurası, Əməkdaşlıq Komitəsi, Parlamentlərarası Əməkdaşlıq Komitəsi, Ticarət, iqtisadiyyat və əlaqədar hüquqi məsələlər üzrə Alt-komitə və Enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə Alt-komitə kimi strukturlar yaradılıb. Ticarət, iqtisadi və əlaqədar hüquqi məsələlər, həmçinin Enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə Alt-komitələr Əməkdaşlıq Komitəsinin nəzdində fəaliyyət göstərir. Enerji, nəqliyyat və ətraf mühit üzrə alt-komitə 2005-ci ildə təsis edilib.

3-6 fevral 2010-cu il tarixində Brüssel şəhərində Enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə Alt-komitənin iclasında Energetika Nazirliyinin iştirakı təmin olunub.

26-27 yanvar 2017-ci il tarixində Avropa İttifaqı-Azərbaycan arasında Enerji, Nəqliyyat və Ətraf mühit üzrə Alt Komitə10-cu iclası Azərbaycan Respublikası Nəqliyyat Nazirliyində keçirilib.

20-21 noyabr 2017-ci il tarixində Brüsseldə Avropa İttifaqı-Azərbaycan arasında Enerji, Nəqliyyat və Ətraf mühit üzrə Alt Komitənin 11-ci iclası keçirilib. İclasda Energetika Nazirliyinin nümayəndəsi iştirak edib.

3 dekabr 2019-cu il tarixində Bakıda Energetika Nazirliyinin həmsədrliyi ilə Azərbaycan və Avropa İttifaqı arasında Əməkdaşlıq Komitəsinin Enerji, Nəqliyyat və Ətraf Mühit üzrə Alt Komitənin 12-ci iclası keçirilib.

Alt-komitənin 13-cü iclası 2023-cü ilin 6 mart tarixində Brüssel şəhərində keçirilib.