- ANA SƏHİFƏ
- Beynəlxalq təşkilatlarla əlaqələr
- Avropa İnvestisiya Bankı (EIB)
Avropa İnvestisiya Bankı (EIB)
Ümumi məlumat
· Avropa İnvestisiya Bankı Avropa İttifaqının (Aİ) 27 üzv ölkəsinə məxsus investisiya bankıdır.
· 1958-ci ildə təsis olunmuşdur.
· Bankın mənzil-qərargahı Lüksemburqda yerləşir.
· Bankın fəaliyyət istiqamətləri adıçəkilən prioritet sahələrə yönəlir: iqlim və ətraf mühitin dayanıqlılığı, inkişaf üçün maliyyə, innovasiya, rəqəmsal və insan kapitalı, kiçik və orta bizneslər, dayanıqlı şəhərlər və regionlar, dayanıqlı enerji və təbii sərvətlər və sosial dayanıqlılıq.
· Bank Avropa inteqrasiyasını və Aİ-nin inkişafını təşviq etmək, eləcə də dünyanın 160-dan çox ölkəsində Aİ siyasətini dəstəkləmək məqsədilə digər Aİ qurumları ilə sıx əməkdaşlıq edir.
· Nadiya Kalvinyo (İspaniya) 01.01.2024-cü il tarixindən etibarən EIB-nin prezidenti vəzifəsini icra edir.
Azərbaycanla əməkdaşlıq
· Avropa İnvestisiya Bankı Azərbaycanla 2014-cü ildən etibarən əməkdaşlıq edir.
· Bank Avropa Qonşuluq Siyasəti, “Şərq Tərəfdaşlığı” və Aİ-nin digər ikitərəfli sazişləri əsasında fəaliyyət göstərir.
· Bankın Azərbaycandakı prioritetləri tarazlı və dayanıqlı iqtisadi inkişafın təşviqi (xüsusən kənd yerləri üçün), bərabərsizliyin azaldılması və milli enerji mənbələrinin şaxələndirilməsi məsələlərini əhatə edir.
· Bank tərəfindən Trans Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Kəmərinin (TAP) inşası məqsədilə iri həcmli kreditlər ayrılmışdır.
Bank ilə təmaslar
· 18.02.2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxendə Bankın sabiq prezidenti Verner Hoyer ilə görüşmüşdür.
· Bank Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurasının nazirlər iclaslarında müntəzəm olaraq təmsil olunur.
· 11.11.2024-cü il tarixində energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində Bankın vitse-prezidenti Teresa Czerwińska ilə görüşmüşdür.
· 18.11.2025-ci il tarixində energetika nazirinin müavini Orxan Zeynalov Bakıda Avropa İnvestisiya Bankının Cənubi Qafqaz üzrə Regional Nümayəndəliyinin rəhbəri Stella Renita ilə görüşmüşdür.
Azərbaycan üçün “Hidrogen Fondu”nun yaradılması üzrə əməkdaşlıq
· 15.11.2024-cü il tarixində EIB və Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri COP29 Enerji Təşəbbüsləri üzrə Nazirlər Görüşünün hidrogen mövzusuna həsr olunmuş panelində təqdimatlarla çıxış etmiş və Azərbaycan üçün “Hidrogen Fondu”nun yaradılması imkanlarından bəhs etmişlər.