- ANA SƏHİFƏ
- Beynəlxalq təşkilatlarla əlaqələr
- Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı
Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı
Asiya İnkişaf Bankı tərəfindən 2001 -ci ildə təsis edilmiş Mərkəzi Asiya Regional iqtisadi Əməkdaşlıq (CAREC) Proqramı 11 ölkəni (Əfqanıstan, Azərbaycan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan), 6 çoxtərəfli maliyyə institutunu (Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Banki, Beynəlxalq Valyuta Fondu, BMT-nin İnkişaf Proqramı və Dünya Bankı) tərəfdaşlıq çərçivəsində özündə birləşdirir.
Proqramın əsas məqsədi əməkdaşlıq vasitəsilə sürətli iqtisadi inkişafın və yoxsulluğun azaldılmasına nail olmaqdır.
Proqramın əsas prioritet istiqamətləri nəqliyyat, ticarət və energetika sahələridir. 2001-ci ildən başlayaraq adıçəkilən sahələrə 21 milyard investisiya cəlb edilib.
Proqram üzrə hər il bir ölkə seçilir və həmin ölkədə yüksək səviyyəli tədbirlər keçirilir. Hər 3 prioritet sahə üzrə keçirilən tədbirlərin yekunu olaraq ilin sonuna yaxın Yüksək Səviyyəli Rəsmilərin İclası keçirilir və həmin iclasda sonuncu toplantı olan üzv ölkələrin Nazirlər Konfransına sənədlər təqdim olunur.
Energetika sahəsində ildə 2 dəfə Enerji Sektorunun Əlaqələndirici Komitələrinin toplantıları keçirilir. Komitədə ölkəmizi Energetika Nazirliyi təmsil edir.
CAREC Proqramının ölkə üzrə əlaqələndiricisi qismində isə İqtisadiyyat Nazirliyi çıxış edir və hər il keçirilən tədbirlərdə təşkilatçılıq məhz İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir.
CAREC Proqramının hər il üzv ölkələrin birində keçirilən tədbirlərində (Enerji sektorunun əlaqələndirici komitəsinin, Yüksək səviyyəli rəsmilərin iclasları, Nazirlər Konfransı və 2015-ci ildən başlayaraq Enerji sektoru üzrə İnvestisiya Forumlarında) CAREC Enerji sektorunun Əlaqələndirici Komitəsinin daimi üzvü qismində 2012-ci ildən etibarən Azərbaycan Respublikasının Energetika Nazirliyinin nümayəndəsi təmsil olunur.
23-25 may 2011 -ci il tarixində Bakı şəhərində CAREC Enerji sektorunun Əlaqələndirici Komitəsinin iclası keçirilib. "Energetika sahəsində Azərbaycanın strateji mövqeyi” mövsuzunda çıxış edilib.
06-07 iyun 2012-ci il tarixində Çin Xalq Respublikasının Hoxxot şəhərində keçirilən CAREC proqramı çərçivəsində yüksək rütbəli rəsmi şəxslərin tədbirlərində iştirak edilib.
03-05 iyul 2012-ci il tarixində Qazaxıstanın Astana şəhərində Beynəlxalq Enerji Agentliyi, Qazaxıstan Hökuməti və CAREC proqramının birgə təşkilatçılığı ilə keçirilən "BEA-Xəzər Enerji Siyasəti” dialoq və təlim iclasında iştirak edilib.
06-07 iyun 2013-cü il tarixində Türkmənistanın Aşqabad şəhərində təşkil olunan Enerji sektorunun Əlaqələndirici Komitəsinin 15-ci iclasında Energetika Nazirlyinin nümayəndəsi iştirak edib.
27-28 iyun 2013-cü il tarixində Qazaxıstanın Almatı şəhərində CAREC proqramının növbəti Yüksək Vəzifəli Rəsmilərin iclası olub.
10-12 sentyabr 2013-cü il tarixində Qazaxıstanın Almatı şəhərində CAREC proqramı çərçivəsində Enerji sektoru üzrə Əlaqələndirici Komitəsinin növbəti 16-cı iclası keçirilib.
02-03 aprel 2014-cü il tarixində CAREC Proqramı çərçivəsində Qırğızıstanın paytaxtı Bişkek şəhərində Enerji sektoru üzrə Əlaqələndirici Komitənin 17-ci toplantısında Energetika Nazirliyi də təmsil olunub.
04-05 sentyabr 2014-cü il tarixində Çinin paytaxtı Pekin şəhərində CAREC Proqramı çərçivəsində Enerji sektoru üzrə Əlaqələndirici Komitənin 18-ci toplantısında Energetika Nazirliyinin iştirakı təmin olunub.
23- 25 sentyabr 2015-ci il tarixində Monqolustanın Ulan-Bator şəhərində CAREC çərçivəsində Yüksək Vəzifəli Rəsmilərin İclasında, İnvestisiya Forumunda və 14-cü Nazirlər Konfransında iştirak edilib.
10 -14 aprel 2016-cı il tarixində Pakistan İslam Respublikasının İslamabad şəhərində CAREC Proqramı çərçivəsində Enerji Sektorunun Əlaqələndirici Komitəsinin 21-ci iclasında və Enerji Tənzimlənməsi üzrə seminarda iştirak edilib.
24- 26 oktyabr 2016-cı il tarixində Pakistan İslam Respublikasının İslamabad şəhərində CAREC Proqramının 1-ci Enerji İnvestisiya Forumunda və 15-ci Nazirlər Konfransında iştirak təmin edilib.
21-24 noyabr 2016-cı il tarixində Avstraliyanın Viktoriya və Tasmaniya bölgələrində CAREC Proqramı çərçivəsində keçirilmiş "Avtonom elektrik təchizatı sistemləri və yeni texnologiyalar üzrə” təlim kursunda və Enerji Sektorunun Əlaqələndirici Komitəsinin 22-ci iclasında Energetika Nazirlyi də təmsil olunub.
17-20 aprel 2017-ci il tarixində CAREC Proqramı çərçivəsində Cənubi Koreyada "Enerji sahəsində İKT” tədbirinə Energetika Nazirliyinin nümayəndə heyəti qatılıb.
10-13 may 2017-ci il tarixində Tacikistanın paytaxtı Düşənbə şəhərində CAREC Proqramının Enerji Sektorunun Əlaqələndirici Komitəsinin 23-cü iclasında Energetika nazirliyinin iştirakı təmin edilib.
25 may 2017-ci il tarixində CAREC Proqramının yeni strateji çərçivə sənədinin hazırlanması üçün ilkin müzakirələrin aparılması məqsədi ilə Asiya İnkişaf Bankının nümayəndə heyətinin, o cümlədən Energetika Nazirliyinin nümayəndəsinin iştirakı ilə Bakıda seminar təşkil edilib.
16-21 iyul 2017-ci il tarixində Qazaxıstanın Astana şəhərində CAREC Proqramı çərçivəsində Enerji İnvestisiya Forumu və Enerji Sektorunun Əlaqələndirici Komitəsinin növbəti iclası keçirilib.
8 noyabr 2017-ci il tarixində Bakıda CAREC Proqramı çərçivəsində 11 üzv ölkənin (Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Pakistan, Tacikistan, Türkmənistan, Özbəkistan, Monqolustan və Çin), USAİD, Dünya Bankı və CAREC İnstitutunun nümayəndələrinin iştirakı ilə Enerji Sektoru üzrə Əlaqələndirici Komitənin video konfrans formatında növbəti iclası keçirilib. Tədbirdə Energetika Nazirliyinin əməkdaşları təmsil olunub. İclasda energetika sahəsində yüksək texnologiyaların tətbiqi, üzv dövlətlər arasında regionların elektrik enerjisi ilə etibarlı təmin edilməsi, enerji təhlükəsizliyi, regionlarda enerji resurslarının inkişafinin balanslaşdırılması və digər məsələlər müzakirə edilib.
12-13 mart 2018-ci il tarixində Bakıda "Asiyada enerji təhlükəsizliyinin təmin edilməsi: alternativ və bərpa olunan enerjinin rolu” mövzusunda seminar keçirilib. Tədbirdə Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin mövcud vəziyyəti və perspektivləri, enerji bazarı, bərpa olunan enerji sahəsində beynəlxalq əməkdaşlıq, iqlim dəyişiklərinin qarşısının alınması ilə bağlı 2030-cu ilə qədər istixana qazlarının 35% azaldılması məqsədilə götürülmüş öhdəliklər barədə çıxış dinlənilib. Seminarda nazirliyin nümayəndələrinin iştirakı təmin edilib.
13-14 mart 2018-ci il tarixində Türkmənistanın paytaxtı Aşqabad şəhərində Asiya İnkişaf Bankının CAREC Proqramı çərçivəsində Enerji Sektorunun Əlaqələndirici Komitəsinin 26-cı iclası keçirilib. İclasda Energetika Nazirliyinin nümayəndələri iştirak edib.
10-12 sentyabr 2018-ci ildə Gürcüstanın Batumi şəhərində Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İnkişaf Proqramı (CAREC) çərçivəsində Enerji Sektorunun Əlaqələndirici Komitəsinin növbəti 28-ci iclası və 3-cü Enerji İnvestisiya Forumu keçirilib. Tədbirdə Energetika Nazirliyinin nümayəndəsi “Xəzər dənizinə dair razılaşma” adlı təqdimatla çıxış edib.
11 sentyabr 2018-ci ildə Energetika Nazirliyində Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində nazir müavini Samir Vəliyevlə CAREC İnstitutunun direktoru Sanjaasuren Bayaraanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
29-30 iyul 2019-cu il tarixində Asiya İnkişaf Bankı tərəfindən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı çərçivəsində Azərbaycana enerji sektoru üzrə məsləhətləşmə missiyasının səfəri təşkil olunub. Missiyanın məqsədi “CAREC Enerji Strategiyası 2030” adlı sənəd layihəsi, 2019-cu il 20-21 sentyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilməsi nəzərdə tutulan CAREC ölkələrinin Energetika Nazirlərinin 1-ci Dialoqu və Enerji İnvestisiya Forumu, adıçəkilən dialoq zamanı qəbul edilməsi planlaşdırılan Energetika Nazirlərinin Bəyannaməsinin müzakirəsi olub.
30 iyul 2019-cu il tarixində Energetika Nazirliyində Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədovla Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin nümayəndəsi, enerji mütəxəssisi xanım Sarin Abado arasında görüş keçirilib.
20-21 sentyabr 2019-cu il tarixində Daşkənddə CAREC üzv ölkələri enerji nazirlərinin birinci görüşü keçirilib. Tədbirdə ölkəmizi energetika nazirinin müavini Samir Vəliyev təmsil edib. Nazir müavini həmçinin “Enerji Sərmayə Forumu”nda da iştirak edib. “Qlobal enerji keçidi: Regional əməkdaşlıq üçün çağırışlar və imkanlar” və “Enerji sektorunda islahatlar investisiyanı sürətləndirən vasitədir” mövzularında müzakirələrə qatılıb.
22-23 oktyabr 2019-cu il tarixində Asiya İnkişaf Bankı İnstitutu, Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq İnstitutu və Əl-Farabi Qazax Milli Universitetinin birgə təşkilatçılığı ilə Qazaxıstanın Almatı şəhərində keçiriləcək “Asiyada enerji təhlükəsizliyinə nail olunması: Şaxələndirmə, əməkdaşlıq və bərpa olunan enerji” mövzusunda seminarda Energetika Nazirliyinin nümayəndəsi iştirak edib.
14 noyabr 2019-cu il tarixində Özbəkistanın Daşkənd şəhərində Asiya İnkişaf Bankının CAREC Proqramı çərçivəsində 18-ci Nazirlər Konfransında Energetika Nazirliyinin nümayəndəsi iştirak edib.
27 noyabr 2019-cu il tarixində Asiya İnkişaf Bankının Dövlət-Özəl Sektoru Tərəfdaşlığı Ofisi (DÖSTO) tərəfindən Bakıya edilmiş missiya səfəri çərçivəsində energetika nazirinin müavini Samir Vəliyevlə görüş keçirib.
19 oktyabr 2020-ci il tarixində Asiya İnkişaf Bankının CAREC Proqramı üzrə yüksək vəzifəli rəsmilərin virtual iclası çərçivəsində Zoom proqramı vasitəsilə keçirilən enerji sessiyasında Energetika Nazirliyinin nümayəndəsi iştirak edib.
10 iyun 2021-ci il tarixində Azərbaycanın sədrliyi ilə videokonfrans formatında Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının Enerji Sektoru Koordinasiya Komitəsinin 31-ci iclası keçirilib. Tədbirdə 11 üzv ölkədən və bir sıra beynəlxalq qurumlardan olan 80-ə yaxın nümayəndə iştirak edib. İclasda Enerji Sektoru Koordinasiya Komitəsi çərçivəsində əməkdaşlığın yeni innovativ üsulları, CAREC-in 2030-cu ilədək enerji strategiyasının həyata keçirilməsində əsas çağırışlar, enerji islahatlarının onlayn atlasının hazırlanması, qadınların energetika sektorunda rolu, "yaşıl enerji" layihələrinin maliyyələşdirilməsi üçün regional maliyyə alətinin yaradılması məsələlərinə toxunulub. İclasa energetika nazirinin müavini Samir Vəliyev sədrlik edib. Tədbirdə Enerji effektivliyi və enerji balansının şaxələndirilməsi üzrə İşçi qrupunun həmsədri, Nazirliyin Enerji səmərəliliyi sektorunun müdiri Asəf Rzayev "Yaşıl enerji” layihələrinin maliyyələşdirilməsi üzrə yeni regional mexanizm konsepsiyası və enerji effektivliyi üzə məlumatlandırılmanın gücləndirilməsi mövzusunda təqdimatla çıxış edib.
02 dekabr 2021-ci il tarixində Azərbaycanın Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramına sədrliyi ilə videokonfrans formatında V “Enerji İnvestisiya Forumu” keçirilib. Tədbirdə 11 üzv ölkə, Proqrama dəstək verən və tərəfdaş qismində çıxış edən beynəlxalq təşkilatlar təmsil olunub. Forumda enerji səmərəliliyinə nail olmaq üçün mümkün vasitələr, elektroenergetikada enerji səmərəliliyinin rolu, maliyyə mexanizmləri, enerji səmərəliliyi baxımından yeni texnologiyaların tətbiqinə dair məruzələr edilib, startaplar nümayiş etdirilib. Forumun açılış mərasimində energetika naziri Pərviz Şahbazov çıxış edib.