- ANA SƏHİFƏ
- Beynəlxalq təşkilatlarla əlaqələr
- Asiya İnkişaf Bankı (AİB)
Asiya İnkişaf Bankı (AİB)
Ümumi məlumat
· AİB 1966-cı ildə yaradılmışdır.
· Hazırda təşkilatın 69 üzvü var.
· Baş ofisi Filippinin paytaxtı Manilada yerləşir.
· Məqsədi Asiyada ölkə iqtisadiyyatlarının inkişafına kömək göstərməkdir.
· Yaponiya AİB-in ən iri səhmdarı olduğu üçün AİB prezidenti yaponiyalı nümayəndə seçilir. AİB-in Prezidenti 2025-ci ilin 24 fevral tarixindən etibarən Masato Kandadır.
Azərbaycanla əməkdaşlıq
· Azərbaycan AİB-ə 1999-cu ilin 29 oktyabr tarixində üzv olmuşdur.
· AİB-in ölkəmizdəki nümayəndəliyi 2004-cü ilin noyabr ayından etibarən fəaliyyət göstərir.
· AİB Direktorlar Şurasında Azərbaycan üzrə icraçı direktor Rachel Thompsondur (Avstraliya).
· AİB-in Azərbaycan üzrə direktoru 7 oktyabr 2024-cü il tarixindən Sunniya Durrani-Camaldır (Kamboca).
Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı
AİB tərəfindən 2001-ci ildə təsis edilmişdir. Proqramın əsas prioritet istiqamətləri energetika, nəqliyyat və ticarəti əhatə edir.
Azərbaycanda CAREC Proqramı üzrə əlaqələndirici qurum İqtisadiyyat Nazirliyidir.
Energetika sahəsində Enerji Sektoru üzrə Əlaqələndirici Komitənin toplantılarında ölkəmizi Energetika Nazirliyi təmsil edib.
2022-ci ildə “CAREC Enerji Strategiyası 2030” çərçivəsində "Azərbaycanın 2030-cu ilədək energetika sahəsinin inkişafı üzrə proqnoz"u hazırlanmışdır.
“Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi üzrə:
Layihə çərçivəsində 30.07.2024-cü il tarixində Böyükşor gölü üzərində ümumi gücü 100 kVt olan günəş enerjisi qurğusu istismara verilib.
Azərbaycan, Qazaxıstan və Özbəkistan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsi (Xəzər Yaşıl Enerji Dəhlizi layihəsi)
“Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” dövlət başçıları tərəfindən 13.11.2024-cü il tarixində COP29 çərçivəsində imzalanıb.
Layihə üzrə üç ölkənin energetika və iqtisadiyyat nazirlərinin həmsədrliyi ilə 14.11.2023-cü il tarixində Bakı, 01.05.2024-cü il tarixində Daşkənd və 06.08.2024-cü il tarixində Astana şəhərlərində olmaqla 3 nazirlər görüşü keçirilmişdir. Layihə üzrə 02.07.2025-ci il tarixində Bakı şəhərində "Yaşıl Dəhliz Birliyi" MMC adlı birgə müəssisə yaradılmışdır.
Layihə çərçivəsində 2025-ci ilin 4 aprel tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Energetika Nazirliyi, Qazaxıstan Respublikasının Energetika Nazirliyi, Özbəkistan Respublikasının Energetika Nazirliyi və Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı arasında Anlaşma Memorandumu”na əsasən hər bir bank tərəfindən layihənin Texniki İqtisadi Əsaslandırmasının hazırlanmasına maliyyə dəstəyi göstərilmişdir.
“Xəzər dənizində iri miqyaslı külək elektrik stansiyalarını dəstəkləyən Sahilyanı İnfrastruktur üzrə Layihə Konsepsiyasının hazırlanması” məqsədilə Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən ayrı-ayrılıqda maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur.