Gerb

28.12.2016 Mətnin ölçüsü Plus Minus

Energetika Nazirliyində “MDB-nin əməkdar energetiki” fəxri adına layiq görülmüş bir qrup energetikin mükafatlandırılması mərasimi keçirilib. Müstəqil Dövlətlər Birliyinin (MDB) və MDB-nin Elektroenergetika Şurasının 25 illiyi münasibətilə Azərbaycan və MDB-yə üzv ölkələrin energetikasının inkişafında xidmətlərinə görə Azərbaycanın 12 nəfər energetiki fəxri ad və döş nişanları ilə təltif edilib. Mükafatların təqdimatı mərasimində çıxış edən energetika naziri Natiq Əliyev bildirib ki, başa çatmaqda olan 2016-ci il bütün dünyada iqtisadi böhran və siyasi münaqişələrlə müşayiət olunsa da Azərbaycanda sabitlik və inkişaf mühiti qorunub. Ölkəmiz öz inkişafının kifayət qədər məsuliyyətli bir dövrünə qədəm qoyb. İqtisadi islahatların aparılması sahəsində bir sıra mühüm nəticələr əldə olunub. Yola saldığımız 2016-cı il bir çox sahələr kimi energetika sahəsində də nailliyətlərlə yadda qalıb. Natiq Əliyev dövlət başçısının yanacaq-enerji kompleksini Azərbaycan üçün həmişə vacib sahə hesab etdiyini xatırladaraq energetiklər qarşısında mühüm vəzifələrin qoyulduğunu, hər bir energetikin ölkəmizin inkişafı üçün səylə çalışmalı olduğunu vurğulayıb. Sonra energetika naziri Natiq Əliyev təltif olunan energetikləri təbrik edərək, mükafatları sahiblərinə təqdim edib. Onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Mərasimdə təltif olunanlardan Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsinin müdiri Səyyaf İsmayılov, “Azərişıq” ASC-nin sədri Baba Rzayev və Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin rəisi Cəfər Hüseynov aldıqları mükafatları yüksək qiymətləndirərək, onlara göstərilən etimadı daim doğruldacaqlarını, Azərbaycanın energetika sektorunun inkişafı və əhalinin elektrik enerjisinə tələbatının fasiləsiz və yüksək səviyyədə təmin olunması üçün səylərini əsirgəməyəcəklərini qeyd ediblər.


Facebook-da paylaş Printer