21.07.1963-cü ildə Naxçıvan MR-in Şərur rayonunun Kərimbəyli kəndində anadan olmuşdur.
1970-1980-ci illərdə Kərimbəyli kənd orta məktəbini bitirmişdir. 
1988-ci ildə Azerbaycan Dövlət Neft ve Kimya İnstitutunun neft-mexanika (axşam) fakültəsini bitirmişdir.
ARDNŞ-in nəzdində olan "Xəzərdənizneftdonanması” Gəmi təmiri zavodunda fəhlə,  usta, böyük usta, sex rəisinin müavini va istehsalat şöbəsində iş icraçısı vəzifəsində işləyib. Sonradan ARDNŞ-in "Azneft” İB-in "Çilov” adasında yerləşən "28 May” Neft-qaz çıxarma idarəsində 9 saylı dərin dəniz özülündə mühəndis, idarədə böyük mühəndis və şöbə rəisinin müavini işləmişdir.
2006-cı ildə bir qrup elm adamları ilə birlikdə Azərbaycanda ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması üçün "Sağlam həyata doğru” İctimai Birliyini təsis etmiş və onun sədri seçilmişdir. Eyni zamanda AMEA-nın Radiasiya Problemləri İnstitutunda elmi işçi kimi işə başlamışdır. 
AMEA-nın Radiasiya Problemleri İnstitutunda nüvə kimyası ixtisası üzrə "Avtomobil nəqliyyatı tullantılarının qiymətləndirilməsi va radiasiya ilə modifikasiya olunmuş nano tərkibli A12O3 katalizatoru vasitəsilə onun azaldılması” mövzusunda kimya elmləri üzrə fəlsəfə doktoru işini müdafiə etmişdir. Kimya elmləri üzrə fəlsəfə doktorudur. 
Dr.S. Həsənovun “Web of Sciences” jurnalında 11 elmi məqaləsi dərc olunmuşdur. Eyni zamanda Rusiyada da yerli elmi jurnallarda 9 elmi məqaləsi dərc olunmuşdur. Bir patenti var.
İctimai Birlik tərəfindən neft va neft tullantılarının ətraf mühitə və insan orqanizminə təsiri ilə  bağlı bir neçə layihə həyata keçirmişdir.
İctimai Birlik Azərbaycanın neft və qaz hasilatı ilə məşğul olan bir ölkə kimi neftin və qazın səmərəli istifadəsi, iqtisadiyyatın inkişafında neft amilinin təsiri və bu hasilat zamanı ətraf mühitə təsirin azaldılması üçün bir çox elmi  və ictimai konfranslarda məruzə ilə çıxış etmiş və bu istiqamətdə təklifləri aidiyyatı struktur qurumlara təqdim etmişdir.
İctimai Birliyin sədri ETSN-də İctimai Şuranın üzvü olduğu müddətdə (2015-2019- cu illər) nazirliyin həyata keçirdiyi layihələrdə ekspert qismində iştirak etmişdir.
Xəzər dənizinin  neft va neft məhsulları ilə çirklənməsi və azaldılması ilə bağlı analitik yazıların və layihələrin həmmüəllifidir.   
Təşkilatın 3 dildə yayımlanan  www.ecolifeinfo.az veb saytı var 
Təşkilatın sədri ABŞ-da (iki dəfə), Belçikada Brüsseldə, Çinin paytaxtı Pekində, Koreya Respublikasının paytaxtı Seulda, Ankarada, Almaniyanın Hamburq şəhərində  və bir çox ölkələrdə elmi və ekoloji beynalxalq konfranslarda iştirak etmişdir. Təşkilatın sədri və alim kimi Tbilisidə, Minskdə, Kiyev və Moskva şəhərlərində keçirilən beynəlxalq konfranslarda təşkilatı təmsil etmişdir.
"Sağlam Həyata Doğru" İctimai Birliyi Beynəlxalq Global Ekoloji Fondun (GEF), Global National Disaster Risks (GNDR), CENN təşkilatının üzvüdür. Təşkilat MSŞA QHT Koalisiyasının və Azərbaycan Dövlət Neft Fondunun lcraçı direktorunun yanında yaradılmış İctimai Komissiyanın üzvüdür.
İngilis və rus dilini mükəmməl bilir.