Gerb

Mətnin ölçüsü Plus Minus

Əliyev Rafiq Mahmud oğlu


Dövlət qulluğunun ixtisas dərəcəsi: dövlət qulluğunun müşaviri
Bitirdiyi təhsil müəssisəsinin adı, ili: Azərbaycan Neft və Kimya İnstitutu, 1974
Peşəsi, ixtisası: İqtisadçı mühəndis


1951-ci ildə Ermənistan SSR-nin Artaşat rayonunda anadan olmuşdur. 1974-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun Mühəndis-iqtisad fakültəsini bitirmişdir (ixtisası: İqtisadçı mühəndis). 1974-1984-cü illərdə “Azneft” İstehsalat Birliyinin Normativ Tədqiqat Stansiyasında mühəndis və şöbə rəisi vəzifələrində fəaliyyət göstərmişdir. 1984-1992-ci illərdə “Azneft” İstehsalat Birliyinin aparatında Nəzarət-təftiş şöbəsinin rəisi və baş mühasib vəzifələrində; 1992-2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətində Maliyyə-iqtisadiyyat idarəsinin rəisi, Şirkətin Prezidentinin iqtisadiyyat və maliyyə məsələləri üzrə müşaviri vəzifələrində çalışmışdır. 2006-cı ildən Azərbaycan Respublikası Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışır. Dövlət qulluğunun müşaviridir. Respublikanın neft və qaz sənayesinin maliyyə-uçot işlərində beynəlxalq standartların tətbiqi istiqamətində uzun müddət apardığı elmi-praktiki araşdırmalar nəticəsində sahənin maliyyə-uçot işlərinin idarə edilməsinin yeni konsepsiyasını hazırlamışdır. R.Əliyevin rəhbərliyi ilə Azərbaycan Dövlət Neft Şirkətinin maliyyə-mühasibat fəaliyyətində kompüter texnologiyalarının metodikasını hazırlamış və tətbiq edilmişdir. O eyni zamanda 1996-cı ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Xidmət sahələrinin iqtisadiyyatı və menecmenti” kafedrasında tədris – elmi tədqiqat işləri aparır və hal-hazırda kafedranın professorudur. ABŞ, İngiltərə, İtaliya, Norveç, Fransa, Almaniya, Türkiyə və Rusiyada iqtisadiyyat və maliyyə məsləhəti üzrə keçirilən bir çox beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir. SABİT, Beynəlxalq Audit Proqramları üzrə ABŞ-da təcrübə keçmiş, iqtisadiyyat, idarəetmə və biznes sahələri üzrə sertifikat almışdır. 55-ə yaxın elmi əsərin, 5 monoqrafiyanın, 4 dərslik, metodik işlərin və tədris proqramlarının müəllifidir. İqtisadi Əməkdaşlıq Təşkilatının Azərbaycan üzrə ekspertidir. Onun yanacaq-enerji kompleksi sahəsindəki fəaliyyəti bir sıra fəxri fərmanlarla təltif edilmiş və iqtisadçı mütəxəssis kimi Böyük İqtisadi Ensiklopediyaya daxil edilmişdir. R.M.Əliyev 2001-ci ildə namizədlik, 2005-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edərək uyğun olaraq iqtisad elmləri namizədi və iqtisad elmləri doktoru elmi dərəcələri və 2010-cu ildən ona professor elmi adı verilmişdir. Ailəlidir. 2 övladı 4 nəvəsi var.


17.07.2006 ildən Azərbaycan Respublikası Energetika Nazirliyində İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışır.



Telefon: (012) 4930825
E-Poçt: rafiq.aliyev@minenergy.gov.az


Printer