Gerb

Mətnin ölçüsü Plus Minus

Hüseynov İftixar Hüseyn oğlu


31.08.1957-ci ildə Ermənistan Respublikası Meğri rayonunda anadan olmuşdur. 1964-1974-cü illərdə Bakı şəhəri Yasamal rayonu 158 saylı orta məktəbdə təhsil almışdır.
1974-1979-cu illərdə M. Əzizbəyov adına Neft və Kimya İnstitutunda Mühəndis-elektrik ixtisası üzrə təhsil almışdır. 1975-1979-cu illərdə Bakı şəhər təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında texnik, 1979-1989-cu illərdə Azərelektroterm İKB-də mühəndis konstruktor, mühəndis, aparıcı konstruktor, baş energetik, Bakı saxsı zavodu - baş energetik, 1990-2000-ci illərdə Bakıelektrikşəbəkə - İB mühəndis, şöbə rəisi, Enerji Nəzarəti və Satışı müəssisəsinin direktoru, 2001-ci ildə Dövlət Əmlakı Nazirliyi - aparıcı mütəxəssis, Gəncəelektrikşəbəkə ATSC - idarə heyətinin sədri, 2003-2006-ci illərdə Yanacaq və energetika Nazirliyi “Dövlət Enerjinəzarət İdarəsi” - baş mütəxəssis, 2006-ci ildən Energetika Nazirliyi, Lisenziya və enerji daşıyıcılarına nəzarət şöbəsi - Enerji nəzarət sektoru böyük məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini, Kadrlar və sosial siyasət şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 16 iyul 2013-cü il tarixdən Energetika Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışır. Dövlət qulluğunun müşaviridir.
Dövlət qulluğunda uzun müddət səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə və Azərbaycanda energetikanın inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının "Əməkdar Mühəndis"i fəxri adı ilə təltif edilmişdir.
Ailəlidir 2 övladı var.



Telefon: (012) 598-03-84 (207)
E-Poct: aparatus@mie.gov.az


Printer