Cavadov Gülməmməd Süleyman oğlu

1949-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasının informasiya və ölçü cihazları fakultəsini bitirib. 1972-1992-ci illərdə Elektrik Hesablama Maşınları Zavodunda mühəndis-texnoloq vəzifəsindən direktor vəzifəsinədək yüksəlmişdir. 1993-1999- cu illərdə Peyk zavodunun direktor müavini, direktoru vəzifələrində çalışmışdır. 1999-2006-cı illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin nəzdində Dövlət Material Ehtiyatları Komitəsinin sədri olub.
2006-cı ildən Azərbaycan Respublikası Energetika nazirinin müavini vəzifəsində çalışır.
Ailəlidir, bir övladı var.

Telefon: (+99412) 493-88-21
E-poçt: gulmammad.cavadov@minenergy.gov.az


 

Abbasov Natiq Balaş oğlu

1968-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan İnşaat-Mühəndislər İnstitutunun İnşaat mühəndisi ixtisasını bitirib. 1991-1999-cu illərdə "Karvan" Kiçik Müəssisənin İstehsalat şöbəsinin müdiri vəzifəsində, 1999-2006-cı illərdə "Azeriqaz" QSC-nin Bakı şəhəri Baş İstehsalat Qaz İdarəsinin Yasamal rayon İstehsalat Qaz Vahidliyinin 6 saylı Qaz istismar Sahəsində sahə rəisi, abonent qrupunun rəisi, Dövlət Qaz Nəzarəti İdarəsinin Şəhər və rayon qaz təsərrüfatlarının etibarlı və təhlükəsiz istismarına nəzarət şöbəsinin qrup rəhbəri, "Azəriqaz" QSC-nin Nəsimi Qİİ-nin QQS və H-ti şöbəsinin abonent ürupuna 9-cu dərəcəli mühəndis-proqramlaşdırıcı vəzifələrində çalışmışdır. 2006-2007-ci illərdə "Karvan Tikinti Quraşdırma" MMC-nin icraçı direktoru, 2007-2009-cu illərdə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin Rəis müavini-Baş Dövlət müfəttişinin müavini vəzifələrində çalışmışdır.

2009-cu ildən Azərbaycan Respublikası Energetika nazirinin müavini vəzifəsində çalışır.
Ailəlidir, iki övladı var.

Telefon: (+99412) 493-09-42
E-poçt: natiq.abbasov@minenergy.gov.az