Cavadov Gülməmməd Süleyman oğlu

1949-cu ildə Bakı şəhərində anadan olub.

Azərbaycan Dövlət Neft Akademiyasının informasiya və ölçü cihazları fakultəsini bitirib.

1972-1992-ci illərdə Elektrik Hesablama Maşınları Zavodunda mühəndis-texnoloq vəzifəsindən direktor vəzifəsinədək yüksəlib.

1993-1999-cu illərdə Peyk zavodunun direktor müavini, direktoru vəzifələrində çalışıb.

1999-2006-cı illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin nəzdində Dövlət Material Ehtiyatları Komitəsinin sədri olub.
2006-cı ildən Azərbaycan Respublikası energetika nazirinin müavini vəzifəsində çalışır.
Ailəlidir, bir övladı var.

 

Telefon: (+99412) 493-88-21
E-poçt: gulmammad.cavadov@minenergy.gov.az


 

Abbasov Natiq Balaş oğlu

1968-ci ildə Bakı şəhərində anadan olub.

Azərbaycan İnşaat-Mühəndislər İnstitutunun İnşaat mühəndisi ixtisasını bitirib.

1991-1999-cu illərdə "Karvan" Kiçik Müəssisənin İstehsalat şöbəsinin müdiri olub.

1999-2006-cı illərdə "Azəriqaz" QSC-nin Bakı şəhəri Baş İstehsalat Qaz İdarəsinin Yasamal rayon İstehsalat Qaz Vahidliyinin 6 saylı Qaz istismar Sahəsində sahə rəisi, abonent qrupunun rəisi, Dövlət Qaz Nəzarəti İdarəsinin Şəhər və rayon qaz təsərrüfatlarının etibarlı və təhlükəsiz istismarına nəzarət şöbəsinin qrup rəhbəri, "Azəriqaz" QSC-nin Nəsimi Qİİ-nin QQS və H-ti şöbəsinin abonent ürupuna 9-cu dərəcəli mühəndis-proqramlaşdırıcı vəzifələrində çalışıb.

2006-2007-ci illərdə "Karvan Tikinti Quraşdırma" MMC-nin icraçı direktoru olub.

2007-2009-cu illərdə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin Rəis müavini-Baş Dövlət müfəttişinin müavini kimi fəaliyyət göstərib.

2009-cu ildən Azərbaycan Respublikası energetika nazirinin müavini vəzifəsində çalışır.
Ailəlidir, iki övladı var.

Telefon: (+99412) 493-09-42
E-poçt: natiq.abbasov@minenergy.gov.az


Vəliyev Samir Teymur oğlu

1962-ci ildə Bakı şəhərində anadan olub.

1984-cü ildə Kiyev Dövlət Universitetini beynəlxalq iqtisadi münasibətlər və ingilis dili tərcüməçisi ixtisası üzrə bitirib.

1984-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olub.

1992-2017-ci illərdə Xarici İqtisadi Əlaqələr, Ticarət, Dövlət Əmlak, İqtisadi İnkişaf, İqtisadiyyat və Sənaye və İqtisadiyyat nazirliklərində rəhbər vəzifələrdə çalışıb.

2017-ci ildən Azərbaycan Respublikası energetika nazirinin müavini vəzifəsində çalışır.

 Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2014-cü il tarixli, 798 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

 İqtisad elmləri namizədidir.

 Azərbaycan, rus və ingilis dillərində sərbəst danışır.

Ailəlidir, 2 övladı var.

Telefon: (+99412) 498-98-04
E-poçt: samir.valiyev@minenergy.gov.az