Pərviz Oqtay oğlu Şahbazov

Pərviz Oqtay oğlu Şahbazov 24 noyabr 1969-cu ildə Bakı şəhərində anadan olub.

1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını neft və qaz sənayesinin iqtisadiyyatı və təşkili ixtisası üzrə bitirib.

1990-cı ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində təcrübəçi kimi diplomatik fəaliyyətə başlayıb.

1992-1996-cı illərdə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyində attaşe, 1996-2001-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Avropa, ABŞ və Kanada ölkələri idarəsində ikinci katib, birinci katib, şöbə müdiri, idarə rəisinin müavini vəzifələrində çalışıb.

2001-2005-ci illərdə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı səfirliyinin müşaviri, daha sonra isə müvəqqəti işlər vəkili olub.

2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub.

2005-ci ildə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib və bu vəzifədə 2016-cı ilə qədər fəaliyyət göstərib.

2016-2017-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri olub. 12 oktyabr 2017-ci ildə Azərbaycan Respublikasının energetika naziri təyin edilib.

Azərbaycan, rus, ingilis və alman dillərini mükəmməl bilir.

 Ailəlidir. İki övladı var.