19 sentyabr 2018-ci il tarixində Energetika Nazirliyinin Apellyasiya Şurasının ilk iclası keçirilib.

İclasda vətəndaş Kərimov İldırım Əli oğlunun dövlət qulluğuna qəbulla bağlı keçirilmiş müsahibədə müvafiq vəzifəyə uyğun hesab edilməməsinə dair nəticə ilə razılaşmaması və müsahibə materiallarının araşdırılması barədə müraciətinə baxılıb.

Müraciətlə bağlı toplanmış məlumatlara və müsahibənin video çəkilişinə Apellyasiya Şurasının üzvləri tərəfindən baxılaraq, müvafiq rəylər əsasında səsvermənin nəticəsinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin müsahibənin nəticəsinə dair qərarı qüvvədə saxlanılıb.

19 sentyabr 2018-ci il tarixində Energetika Nazirliyinin Apellyasiya Şurasının Qərarı