Zəruri olan sənədlərin siyahısı

  • Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi;
  • Mülkiyyəti təsdiq edən sənəd (Qeydiyyat vəsiqəsi, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair çıxarış (texniki pasport və ya plan-sxem ilə birlikdə), müvafiq icra hakimiyyəti orqanının sərəncamı (ayrıc aktı və ya plan sxem ilə birlikdə), bələdiyyə qərarı (plan-sxem ilə birlikdə), əmlakın qiymətləndirilməsi haqqında sənəd (müvafiq bələdiyyənin təsdiqi ilə), bələdiyyə və ya icra nümayəndəsinin arayışı (plan-sxem ilə birlikdə), order (plan-sxem ilə birlikdə), alqı-satqı və ya icarə müqaviləsi (mülkiyyət hüququna dair sənədin surəti ilə).
  • Tələb olunan elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri (yük hesabatı) - 3  fazlı sayğac tələb olunduğu halda

 

Xidmət haqqı

Ödənişli (Ödənişin məbləği sifariş əsasında müəyyən olunur.)

 

Müddət

"Azərişıq” ASC nümayəndəsi tərəfindən ünvana 3 iş günü müddətinə baxış keçirilir və layihə-smeta müəyyən olunur, bundan sonra elektrik şəbəkəyə qoşulma ilə bağlı xərclər ödənildikdən sonra 15 gün müddətində şəbəkəyə qoşulma həyata keçirilir.

 

Müraciət

Xidmətdən istifadə etmək üçün qeyd olunan keçiddən istifadə etmək, müraciət formasını doldurmaq və müvafiq sənədləri əlavə etmək kifayətdir.