Azərbaycan Respublikası Energetika Nazirliyinin veb-saytında (www.minenergy.gov.az) məlumatlar dərc olunarkən Azərbaycan Respublikasının Konstitusiyasına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Vergilər Məcəlləsinə, “Dövlət sirri haqqında”, “Kommersiya sirri haqqında”, “Fərdi məlumatlar haqqında”, “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq konfidensiallıq prinsiplərinin qorunması təmin edilir.
Qanunvericilik bazası veb-saytın funksionallığının qorunmasında etibarlı bir əsasdır. Veb-saytdan istifadə zamanı aşağıdakı prinsiplər əsas götürülür. 

1. Toplanmış məlumatlardan istifadə

Veb-saytdan istifadə ilə əlaqədar olaraq toplanan məlumatlar yalnız veb-saytın məxfilik siyasətinə uyğun şəkildə və qanunla müəyyən edilmiş digər hallarda toplanır. Toplanan məlumatlar veb-saytdan rahat istifadənin təmin edilməsi üçün tələb edilən məlumatlardır (xidmət sahələrinə uyğun olaraq istifadəçinin müvafiq məlumatları). Fərdi məlumatların istifadə dairəsi aşağıdakı kimi müəyyən olunur:

-    Sorğuyla müraciət edən vətəndaşlar üçün göstərilən xidmət keyfiyyətinin yaxşılaşdırılması;
-    Xidmətlərlə bağlı istifadəçilərlə lazımi ünsiyyətin qurulması;
-    Araşdırmaların aparılması, mübahisələrin həlli və şikayətlərə baxılması.

2. Məlumatların qorunması

İstifadəçi tərəfindən təqdim edilmiş məlumatlar “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinə uyğun olaraq Nazirlik tərəfindən qorunur və həmin Qanunun 13.2-ci maddəsində göstərilən hallar istisna olmaqla, istifadəçinin yazılı razılığı olmadan heç bir halda üçüncü şəxslərə verilmir.
Azərbaycan Energetika Nazirliyinin veb-saytında  istifadəçilərin şəxsi məlumatları təşkilati, texnoloji və fiziki müdafiə tədbirləri ilə qorunur. Öhdəlik, şəxsi məlumatların konfidensiallığını, görülən xüsusi işləmə fəaliyyətlərini və yaranan potensial təhlükələri nəzərə alır. Veb-saytda müdafiə tədbirləri davamlı olaraq inkişaf etdirlir və təkmilləşdirilir. Məqsəd istifadəçilərin şəxsi məlumatlarının effektiv qorunmasının təmin olunmasıdır. Məlumatların qorunması üçün əsas prinsiplər aşağıdakılardır:

-    Məlumatlara qanunsuz müdaxilə faktlarının vaxtında aşkar edilməsi;
-    Fərdi məlumatların mühafizə səviyyəsinin daim nəzarətdə saxlanılması;
-    Məlumatların işlənilməsi zamanı onların təhlükəsizliyinə qarşı yönələn təhdidlərin müəyyən edilməsi və bunun əsasında ehtimal edilən təhdidlərin neytrallaşdırılmasını təmin edən fərdi məlumatların mühafizə sisteminin işlənib hazırlanması və daim təkmilləşdirilməsi.

3. Məlumatların saxlanması

Toplanılan məlumatların saxlanma müddəti məlumatın növünə və xüsusiyyətinə görə müəyyən olunur və dəyişir. Şəxsi məlumatlar yalnız konfidensiallıq siyasətində göstərilən məqsədləri yerinə yetirmək üçün lazım olan müddət ərzində saxlanılır.

4. Üçüncü tərəfə keçidlər

Üçüncü tərəfin veb-saytlarına keçidlər istifadəçinin rahatlığı üçün nəzərdə tutulub. Minenergy.gov.az veb-saytından digər veb-saytlara, onlayn xidmətlərə və mobil tətbiqlərə keçidlər mümkün hesab edilir. 
Üçüncü tərəflərə təqdim olunan məlumatların təhlükəsizliyi və məxfiliyi barədə zəmanət verilmir. Üçüncü tərəflərə təqdim olunan şəxsi məlumatlar veb-saytın məxfilik siyasətinə daxil edilmir.

5. Məxfilik Siyasətinə dəyişikliklər

Veb-saytda hazırkı “Məxfilik Siyasəti”nin vaxtaşırı yenilənməsi mümkündür. Yenilənmə və veb-saytdan istifadəyə dair tələblər dəyişdikdə, bu tələblər gələcək yeniləmələrdə də nərəzə alınacaq. Müvafiq dəyişikliklər “Məxfilik Siyasəti” bölməsində göstərilməklə və bu siyasətin yuxarısında “Son yenilənmə tarixi”ni yeniləməklə istifadəçilər müvafiq şəkildə xəbərdar ediləcəkdir.