Xəbərlər

Energetika Nazirliyinin əməkdaşlarına mükafatlar təqdim olunub

06 oktyabr 2016

      Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında” 2016-cı il 19 sentyabr tarixli Sərəncamı ilə neft sənayesinin inkişafındakı xidmətlərinə görə Energetika Nazirliyinin “Tərəqqi” medalına layiq görülmüş əməkdaşlarına mükafatların təqdim olunması mərasimi keçirilib. Energetika naziri Natiq Əliyev neftçi əməyini həmişə yüksək qiymətləndirən, neftçilərin fəaliyyətini, neft-qaz sənayesinin inkişafını daim diqqət mərkəzində saxlayan Azərbaycan Prezidenti İlham Əliyevə Nazirliyin kollektivi adından dərin minnətdarlığını bildirib. Neft-qaz, neft emalı və neft-kimya sənayesinin hələ uzun illər Azərbaycan iqtisadiyyatında aparıcı mövqe tutacağını vurğulayan energetika naziri deyib ki, peşəkar neft sənayesi işçilərinin xidmətlərinə ölkəmizin gələcəkdə də ehtiyacı olacaq. Sonra energetika naziri Natiq Əliyev təltif olunan əməkdaşları təbrik edərək, mükafatları sahiblərinə təqdim edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Təltif olunanlardan İqtisadiyyat, elm və innovasiya şöbəsinin müdiri Rafiq Əliyev və Beynəlxalq təşkilatlarla iş sektorunun müdiri Anar İsmayılov aldıqları dövlət mükafatlarını Energetika nazirliyi kollektivinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirərək, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirib, onlara göstərilən etimadı daim doğruldacaqlarını vurğulayıblar.