Xəbərlər

Energetika naziri Natiq Əliyev “Beynəlxalq Sülh Elçisi” statusuna layiq görülüb

01 noyabr 2016

      Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev Türkiyənin Beynəlxalq İdeal Sülhün Təbliği Vəqfi tərəfindən mükafatlandırılıb. Natiq Əliyev mədəniyyətlərarası dialoq sahəsində fəaliyyətinə, dünyada sülhə verdiyi töhfələrə və bəşəri ideyaların təbliğindəki xidmətlərinə görə “Beynəlxalq Sülh Elçisi” statusuna layiq görülüb.