Xəbərlər

Azərbaycanın energetika naziri OPEC+ ölkələri nazirlərinin 5-ci iclasında iştirak edəcək

04 dekabr 2018

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd  Sanusi Barkindonun dəvəti ilə energetika naziri Pərviz Şahbazov 4-7 dekabr tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaq. Nazir Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 12-ci iclasında iştirak edəcək.

Energetika naziri 7 dekabrda isə OPEC Nazirlər Şurasının 175-ci iclası çərçivəsində OPEC və qeyri-OPEC nazirlərinin 5-ci görüşünə qatılacaq.

Səfər zamanı  bir sıra ikitərəfli görüşlər də planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan dünya neft bazarında tarazlığın və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə aparılan məsləhətləşmələrdə ilk vaxtlardan yaxından iştirakını davam etdirməkdədir.