Xəbərlər

Almaniya nümayəndə heyətinin Energetika Nazirliyində görüşü planlaşdırılır

11 sentyabr 2015

      Almaniya –Azərbaycan Forumunun (DAF) İdarə Heyətinin sədri Hans-Eberhard Şleyer və Almaniyanın Şimali Reyn Vestfalen əyalətinin iqtisadiyyat , energetika, sənaye, orta biznes və sənətkarlıq məsələləri üzrə nazirinin müavini Günter Horzetskinin rəhbərlik etdiyi nümayəndə heyətinin 30 sentyabr-2 oktyabr tarixində ölkəmizə səfəri planlaşdırılır. Almaniya Bundestaqının bir sıra üzvləri və onları müşayiət edəcək alman şirkətlərindən ibarət nümayəndə heyətinin səfərinin məqsədi iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin dərinləşdirilməsi və daha da inkişaf etdirilməsindən ibarətdir. Səfər çərçəvəsində nümayəndə heyətinin oktaybrın 1-də Azərbaycan Respublikası Energetika Nazirliyində də görüşü nəzərdə tutulub. Almaniyanın “ SMS group GmbH”, “ Claas Global Sales “, “ WILO SE” , “ Vallourec Deutschland GmbH” kimi nüfuzlu şirkətlərinin və “ Deutsche Bank”ın yüksək səviyyəli təmsilçilərinin qatılacağı görüşdə enerji sahəsində əməkdaşlıq məsələləri də əsas müzakirə mövzularından olacaq. Qeyd edək ki, 2006-cı ildə Berlində yenidən təsis edilmiş Almaniya-Azərbaycan Forumu (DAF) öz fəaliyyətini iki ölkə arasında ikitərəfli münasibətlərin təşviq edilməsi, siyasi, iqtisadi, mədəni əlaqələrin intensivləşdirilməsi və elmi mübadilənin inkişaf etdirilməsi istiqamətində davam etdirir. Almaniya-Azərbaycan Forumu iki ölkənin hökumət və qeyri-hökumət təşkilatlarının iştirakı ilə bir sıra tədbirlər təşkil edərək , iki dövlət arasında münasibətlərin inkişafına xidmət etməkdədir.