Xəbərlər

Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsinin 2018-ci ilin 6 ayı üzrə icrasının yekunlarına dair hesabat hazırlanıb

23 iyul 2018

  Energetika Nazirliyinin əlaqələndirici və 23 tədbir üzrə əsas icraçı olduğu "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair" Strateji Yol Xəritəsinin 2018-ci ilin birinci yarısında icrasının yekunlarına dair hesabat hazırlanıb. Əsas icraçı kimi 11 dövlət qurumu tərəfindən strateji yol xəritəsinin 7 hədəfi, 14 prioriteti üzrə cari ilin birinci yarısında görülmüş tədbirlərlə bağlı Energetika Nazirliyinə daxil olmuş məlumatlar əsasında hazırlanmış hesabat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə təqdim olunacaq.

    Bu dövr ərzində  Energetika Nazirliyinin əlaqələndiriciliyi ilə işçi qrupunun 2, Strateji Yol Xəritəsinin prioritetləri üzrə yaradılmış alt işçi qruplarının isə 5 iclası keçirilib.  

     “Milli istehsal portfelinin ehtiyat həcminin artırılması” prioriteti üzrə cari ildə tikilməsi planlaşdırılan elektrik stansiyalarının texniki-iqtisadi əsaslandırmalarının hazırlanması və işçi qrupuna təqdim edilməsi və elektrik stansiyalarının tikinti prosesinə nəzarət etmək üçün əsas icra göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə təkliflərin təqdim edilməsinə qərar verilib. Eyni zamanda əlavə istehsal güclərinin yaradılması ilə bağlı tədbirlər planının hazırlanması razılaşdırılıb.

      “Milli istehsal portfelinin şaxələndirilməsi” və “Elektrik stansiyalarının səmərəliliyinin artırılması və mövcud potensialından səmərəli istifadə” prioritetləri üzrə bəndlərin icra vəziyyəti müzakirə edilərək növbəti addımlar müəyyənləşdirilib. İnvestisiya qoyuluşu tələb olunan elektrik stansiyalarının istismar və maliyyələşmə formasının seçilməsi istiqamətində müvafiq tədbirlər görülüb.  Bu dövr ərzində təbii qazın paylanması ilə bağlı bütün növ itkilərin minimuma endirilməsi  bəndi üzrə işçi və alt qruplar səviyyəsində təhlillər aparılıb. Texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ mənbələrlə təminatı məsələsinin araşdırılması və təkliflərin hazırlanması məqsədilə məsləhətçi şirkətin cəlb edilməsi istiqamətində  işlərə başlanılıb.

      “Coğrafi, sosial və iqtisadi xüsusiyyətlər nəzərə alınmaqla, ölkədə optimal istilik enerjisi və isti su təchizatı sisteminin genişləndirilməsi” və “Mərkəzləşdirilmiş istilik təchizatı sistemində mövcud problemlərin qiymətləndirilməsi və aradan qaldırılması, sistemin səmərəliliyinin təmin edilməsi” prioritetləri üzrə cari ildə görüləcək işlər müzakirə edilib. “Azəristiliktəchizat” ASC-yə sayğaclaşma məsələləri ilə bağlı pilot layihə çərçivəsində görülmüş işlər barədə İşçi qrupunu məlumatlandırması tapşırılıb.

   Bundan başqa, bu müddət ərzində “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair  Strateji Yol Xəritəsi”nin  də Energetika Nazirliyinin əsas icraçı olduğu “Enerji istehlakçılarının enerjidən səmərəli istifadəyə yönləndirilməsi” tədbiri üzrə işlər davam etdirilib və  yekun hesabat hazırlanıb.