Xəbərlər

“Azərbaycan-Gürcüstan-Türkiyə-Almaniya Enerji Konfransı” adlı tədbir keçiriləcək

09 sentyabr 2015

      Alman İqtisadiyyatının Şərq Komitəsi və İqtisadiyyat və Mədəniyyət üzrə Alman-Gürcü Cəmiyyətinin təşkilatçılığı ilə 2015-ci ilin sonunda “Azərbaycan-Gürcüstan-Türkiyə-Almaniya Enerji Konfransı” adlı tədbir keçiriləcək. Konfransın məqsədi Avropaya enerji təchizatı üzrə Azərbaycan, Gürcüstan və Türkiyənin siyasi mövqelərinin möhkəmləndirilməsi ,həmçinin həyata keçiriləcək enerji və infrastruktur üzrə yeni layihələrdə Almaniyanın işgüzar dairələrinin iştirakı üçün potensial sahələrin müəyyən edilməsinə töhfə verilməsindən ibarətdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi ölkəmizin Avropanın, o cümlədən Almaniyanın enerji təhlükəsizliyinin təminatına yönəlmiş enerji əməkdaşlığının inkişafı baxımından bu konfransın keçirilməsini yüksək qiymətləndirir. Energetika Nazirliyi konfransın keçirilməsinə dəstəyini ifadə etməklə yanaşı hesab edir ki, enerji əməkdaşlığının dərinləşməsinə xidmət edən belə tədbirlər regional inkişaf və regional əməkdaşlığın inkişafı üçün də şərait yaradır. Tədbirdə Almaniya ,Türkiyə və Gürcüstanın yüksək səviyyəli dövlət nümayəndələrinin iştirakı planlaşdırılır.