Xəbərlər

Energetika Nazirliyində İNOGATE proqramı çərçivəsində Azərbaycanla enerji əməkdaşlığına dair görüş keçirilib

14 sentyabr 2015

      Azərbaycan Respublikasının Energetika Nazirliyində Avropa İttifaqının maliyyələşdirdiyi İNOGATE regional enerji proqramı çərçivəsində İNOGEYT Texniki Katibliyinin layihə direktoru Piter Larsenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Energetika nazirinin müavini Gülməmməd Cavadov və Energetika Nazirliyinin Aparat rəhbəri , layihənin Azərbaycan üzrə koordinatoru İftixar Hüseynovun iştirakı ilə keçirilən görüşdə İNOGEYT proqramının icrası, bu proqram çərçivəsində həyata keçirilən layihələr və enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Gələcək əməkdaşlığın prioritet istiqamətləri müəyyənləşdirilib. İNOGATE Aİ, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri arasında enerji sahəsində ən uzun tarixə malik texniki əməkdaşlıq proqramıdır. Azərbaycan 1996-ci ildən İNOGATE-in tərəfdaşıdır və regional proqram enerji sektorunun müxtəlif sahələrində Azərbaycanı dəstəkləməkdə davam edir. Proqram çərçivəsində Aİ prinsipləri əsasında enerji təhlükəsizliyi möhkəmləndirilir, enerji layihələrinə investisiyalar cəlb olunur.