Xəbərlər

Enerji Məsələlərini Tənzimləmə Agentliyi ERRA - ya assosiativ üzv seçilib

23 aprel 2018

     Bu gün Rusiya Federasiyasının Soçi şəhərində Enerji Məsələlərini Tənzimləmə Orqanlarının Regional Birliyinin (ERRA) iclası keçirilib. Tədbirdə Azərbaycanı Enerji  Məsələlərini Tənzimləmə Agentliyinin sədri Samir Axundovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. İclas çərçivəsində Enerji Məsələlərini Tənzimləmə Agentliyi  quruma assosiativ üzv seçilib və assosiativ üzvlük haqqında şəhadətnamə təqdim edilib.

      Qeyd edək ki,  hazırda 30 həqiqi və 7 assosiativ üzvü olan ERRA,  ilk növbədə Avropa, Asiya, Afrika, Orta Şərq ölkələrinin və ABŞ-ın enerji məsələlərini tənzimləyən orqanlarını özündə birləşdirən könüllü təşkilatdır. Təşkilat 1999-2008-ci illərdə ABŞ-nın Beynəlxalq İnkişaf Agentliyinin  (USAID) maliyyə dəstəyi ilə yaradılıb. 2001-ci ildə  təşkilat Macarıstanda rəsmi qeydiyyatdan keçib və katibliyi  Budapeşt şəhərində yerləşir.