Xəbərlər

Bu gün Azərbaycanda Energetiklər Günüdür

20 oktyabr 2015

     Azərbaycan energetikləri 20 oktyabr-Azərbaycanda Energetiklər Gününü qeyd ediblər. Bu münasibətlə Azərbaycan Respublikasının Energetika Nazirliyi, “Azərenerji” ASC , “Azərişıq” ASC, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbər şəxsləri və əməkdaşları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə əklil qoyublar. Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarları üzərinə gül dəstələri qoyulub. Xatırladaq ki, 20 oktyabr gününün Azərbaycanda Energetiklər Günü kimi qeyd edilməsinin özünəməxsus tarixi var. 20 oktyabr 1981-ci ildə Azərbaycan DRES-in birinci blokunun ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istismara verilməsi Azərbaycan energetikasının inkişafında yeni bir səhifə açıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli sərəncamı ilə 20 oktyabr-Energetiklər Günü kimi müəyyənləşdirilib.