Xəbərlər

“Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi” müzakirə olunub

30 oktyabr 2017

    Energetika Nazirliyinin nümayəndəsi Şıxəli Əliquliyev İqtisadi İslahatlar  Elmi Tədqiqat İnstitutunda ağır sənaye və maşınqayırmanın inkişafına dair strateji yol xəritəsi üzrə işçi qrupunun iclasında iştirak edib. İclasda  qənaətli istehsal metodları üzrə təhlil aparılması tədbiri ilə əlaqədar müzakirələr olub. Qənaətli  istehsal metodlarının əsas müzakirə predmeti kimi elektrik enerjisinə qənaət və elektrik enerjisindən səmərəli istifadə məqsədilə daha müasir avadanlıqların tətbiqindən bəhs edilib. İclasda model müəssisələrin yaradılması, eləcə də bu sahədə nailiyyətlər əldə etmiş ölkələrin təcrübəsinin öyrənilməsi təklifi irəli sürülüb. 
    Qeyd edək ki, tədbirdə Energetika Nazirliyi ilə yanaşı, Vergilər, İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin nümayəndələri də iştirak ediblər.