Xəbərlər

ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri “Günəşli” yatağındakı qəza ilə əlaqədar Energetika Nazirliyinə başsağlığı verib

11 dekabr 2015

     ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta energetika naziri Natiq Əliyevə başsağlığı məktubu göndərib. Səfir “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həyatını itirənlərə dərin hüznlə başsağlığı verərək, xəsarət alanlara şəfa diləyib. R.Sekuta qəza zamanı həyatını itirənlərin ailə üzvləri, iş yoldaşları və digər əlaqədar şəxslərin ağrı-acısını ifadə etməyin çətinliyini bildirərək, itkin düşənlərin tezliklə tapılacağına ümidvar olduğunu qeyd edib. O, hər hansı ehtiyac yaranacağı təqdirdə səfirliyin köməyini də təklif edib.