Xəbərlər

ABŞ-ın xüsusi elçisi və Beynəlxalq Enerji Koordinatoru Amos Hokstayn “Günəşli” yatağındakı qəza ilə əlaqədar Energetika Nazirliyinə başsağlığı verib

14 dekabr 2015

      ABŞ-ın xüsusi elçisi və Beynəlxalq Enerji Koordinatoru Amos Hokstayn energetika naziri Natiq Əliyevə başsağlığı məktubu göndərib. Amos Hokstayn “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həyatını itirənlərə dərin hüznlə başsağlığı verərək, xəsarət alanlara şəfa diləyib. “Bu ağır günlərdə Amerika Birləşmiş Ştatları sizin kədərinizi bölüşür” –deyə A.Hokstayn qəzanın təhlili və bərpa işləri ilə əlaqədar ölkəsinin köməyini də təklif edib: “ABŞ Daxili İşlər Nazirliyinin Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (BSEE) Bürosu hadisənin əsas səbəbinin təhlilində kömək etməyə hazırdır”.